Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

ADİU-da TEMPUS layihəsi çərçivəsində ilk təlimlər

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) TEMPUS layihəsi çərçivəsində ilk təlim proqramı həyata keçirilmişdir.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, "Universitetin beynəlxalq əlaqələr şöbəsinin mövcud fəaliyyətinin təhlili" mövzusunda təşkil olunan təlimdə TEMPUS layihəsinin tərəfdaş universitetlərinin əməkdaşları iştirak etmişlər.

Təlimdən əvvəl ADİU-nun beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov təlimin əsas məqsədinin tərəfdaş universitetlərdə beynəlxalq əlaqələr şöbələrinin mövcud vəziyyətinin və fəaliyyət mexanizminin təhlil edilməsindən, eləcə də həmin şöbələrin inkişaf etdirilməsi istiqamətlərinin müəyyən edilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır. O, TEMPUS layihəsi çərçivəsində keçirilən ilk təlimlərin layihənin uğurla icra olunmasına böyük töhfə verəcəyini vurğulamışdır.

Təlim Böyük Britaniyanın Uorvik Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ceyms Kennedi tərəfindən aparılmışdır. C.Kennedi bu sahənin aparıcı eksperti kimi təlimin mövzusuna dair geniş və məzmunlu təqdimatlar etmiş, öz zəngin təcrübəsini bölüşmüş və təmsil etdiyi universitetin timsalında qabaqcıl Avropa universitetlərində tətbiq olunan mütərəqqi modellərdən bəhs etmişdir.

İki gün davam edən təlimdə iştirak edən Azərbaycan, Ukrayna, Qırğızıstan və Tacikistan nümayəndələri təmsil etdikləri ali məktəblərin beynəlxalq əlaqələr şöbələrinin mövcud vəziyyətinə və fəaliyyət prinsiplərinə dair fikirlərini bölüşmüşlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov