Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

BSU Məktəb-lisey kompleksində Leninqrad blokadası yad edildi

 

Yanvarın 29-da BSU Məktəb-lisey kompleksində Leninqradın blokadadan azad olunmasının 70 illiyinə həsr olunmuş inteqrativ dərs təşkil olunmuşdur. Rus bölməsinin 10-cu sinfində baş tutmuş bu dərsdə digər siniflərin də şagirdləri iştirak edirdilər.

Dərsi tarix müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Arzu Haciyeva və ədəbiyyat müəllimi Naibə Kərimova aparırdılar. Rus və Azərbaycan tarixi və ədəbiyyatı materialları əsasında hazırlanmış bu multimedia komponentli dərsə həm də respublikamızda fəaliyyət göstərən "Leninqrad Blokadası İştirakçıları İctimai Birliyi"nin üzvləri, blokadanın canlı şahidləri - Bakı Slavyan Universitetində fəaliyyət göstərən "Sankt-Peterburq tədris-mədəniyyət" mərkəzinin əməkdaşı, dosent İrina İvanovna Kadımova və Nona Anatolyevna Əfəndiyeva dəvət olunmuşdular.

Böyük Vətən müharibəsi, 900 günlük Leninqrad blokadası barədə fotovideo görüntülər, arxiv materiallarını təqdim etdikdən sonra  tarix müəllimi sözü ədəbiyyat müəlliminə verdi. Şagirdlər blokada şəraitində yaşayan və yaradan şair və yazıçıların əsərlərindən parçaları əzbər söylədilər və  onlar haqqında məlumat verdilər. Tarix müəllimi alman faşizminin törətdiyi əməllərlə ermənilərin Xocalı və digər yaşayış məskənlərimizdə törətdikləri vəhşiliklər arasında müqayisələr apardı.

Kompleksin direktoru Telman Cəfərov qonaqları təqdim etdi. Leninqradın blokadasının canlı şahidləri İrina İvanovna Kadımova və Nona Anatolyevna Əfəndiyeva o dəhşətli, lakin şərəfli tarixlə bağlı təəssüratlarını söyləməklə yanaşı, yüksək səviyyədə hazırlanmış inteqrativ dərsə görə kompleksə və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinə minnətdarlıqlarını bildirdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov