Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 
"Azərbaycan müəllimi" - 80

"Azərbaycan müəllimi" qəzetinə ilk dəfə təbrik məktubu göndərən dövlət başçısı 

 

"Azərbaycan müəllimi" qəzeti nəşrə başladığı vaxtdan bəri öz yubileyini bir neçə dəfə qeyd edib. Qəzetin 60 illik yubileyi xüsusilə əlamətdar olub. 1994-cü ildə yenicə müstəqilliyini bərpa etmiş ölkəmizdə müəyyən problemlər yaşanmasına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev qəzetin kollektivinə təbrik məktubu ünvanlayıb. Bu baxımdan ulu öndərimiz Heydər Əliyev qəzetimizə təbrik məktubu göndərən ilk dövlət başçısıdır. Aşağıda həmin təbrik məktubunu bir daha oxuculara təqdim edirik.

 

"Azərbaycan müəllimi" qəzetinin kollektivinə 

"Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır.

"Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır.

"Azərbaycan müəllimi" qəzeti bu gün də öz ənənələrinə sadiq qalaraq, pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir. Müstəqilliyinə qovuşmuş respublikamızın elm və təhsil sisteminin yeni əsaslar üzərində qurulduğu bir dövrdə, xalq maarifinin qarşısında duran başlıca vəzifələr qəzetin səhifələrində öz əksini tapır. Pedaqoji aləmdə qazanılmış qabaqcıl təcrübələr, görkəmli maarif və elm xadimlərinin həyatı qəzetdə mütəmadi işıqlandırılan məsələlərdəndir.

İlk nömrəsinin çapdan çıxmasının 60 illiyi münasibətilə "Azərbaycan müəllimi" qəzetinin bütün əməkdaşlarını  ürəkdən  təbrik edir, sizə cansağlığı, dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan müəllimi" qəzeti, 17 noyabr 1994-cü il, № 26

 

"Azərbaycan müəllimi"nin arxivindən 

Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi zamanı (22 yanvar 2010-cu il)

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov