Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Məktəblilərimiz beynəlxalq olimpiadada 5 medal qazanıblar

 

Yanvarın 12-18 tarixləri arasında Qazaxıstanın Almatı şəhərində məktəblilərin X Beynəlxalq Jautıkov fizika-riyaziyyat və informatika olimpiadası keçirilib. Olimpiadada Rusiya, İndoneziya, Bolqarıstan, Serbiya, Hindistan olmaqla ümumilikdə 16 ölkədən 57 komanda iştirak edib.

"Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri olimpiada koordinatoru F.Qarayevdən aldığımız məlumata görə, 390 şagirdin iştirak etdiyi bu olimpiadada  Azərbaycan məktəbliləri də  öz biliklərini sınayıblar.  Nəticədə təmsilçilərimiz  1 gümüş, 4 bürünc olmaqla 5 medal və 3 həvəsləndirici sertifikat  əldə ediblər. Fizika fənni üzrə "Dədə Qorqud" Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Tural Əliyev  gümüş, Gəncə Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Nurlan Avazlı, Şirvan Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Nurlan Rzayev, riyaziyyat fənni üzrə Mingəçevir Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Fərid Həsənli  və informatika fənni üzrə Bakı Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Sənan Paşayev bürünc medal alıblar. Bundan başqa, riyaziyyat fənni üzrə Şirvan Özəl Türk Liseyinin 11-ci sinif şagirdi Mehdi Məhərrəmov, Sumqayıt Özəl Türk Liseyinin 11-ci sinif şagirdi İsa Bayramov və Gəncə Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Fərman Dumanov həvəsləndirici IV yerə layiq görülməklə sertifikatla mükafatlandırılıblar.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov