Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

RAGB-nin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan
əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılmışdır.

RAGB-nin idarə heyətindən AzərTAc-a verilən məlumata görə, artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi "RAGB əlaçısı" təqaüdü alırlar.

Sevindirici haldır ki, belə tələbələrin sayı ilbəil artmaqdadır. Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər. Bu halda həmin tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır. Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov