Yanvarın 27-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea
Advanced Institute of Science and Technology)
İnstitutunun nümayəndə heyətini qəbul edib.
Görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir
mübadiləsi aparılıb. "ADA" Universitetində mühəndislik
və informasiya texnologiyaları məktəbinin təsis edilməsi
üzrə birgə layihədə KAIST-in iştirakı yüksək
qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin
qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan
verəcəyinə əminlik ifadə olunub.
Görüşdə "ADA" Universitetinin rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayev və Koreya
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Çoi Suk-in də iştirak ediblər.
1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji
tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur
ki, bu ölkənin innovasiya inkişafının beyin
mərkəzlərindən biridir. |