Windows Phone əməliyyat sistemi yenilənəcək
2014-cü ilin yazında artıq Windows Phone 8.1
versiyası bəzi smartfon modelləri üçün əlçatan
olacaq.
Windows Phone 8.1 versiyasında aşağıdakı
yeniliklər öz əksini tapacaq:
- Smartfonun toxunuşsuz idarəetmə sistemi
("3D-Touch");
- "Cortana" səs köməkçisi;
- Proqramların SD-karta quraşdırılması imkanı;
- VPN-dəstək və s.
Bu əməliyyat sistemi çərçivəsində idarəetmənin
sadələşdirilməsi məqsədilə ekranı 5 düyümdən
balaca olan smartfonların ekranlarında daha
yığcam nişanların yerləşdirilməsi gözlənilir.
Qeyd etmək lazımdır ki, yeni versiya Windows
Phone 8.0 versiyası ilə tam uyğundur, ona görə
də bütün proqramlar, oyunlar və servislər
Windows Phone 8.1 versiyasında da düzgün işləyə
biləcək. Bundan əlavə, istifadəçilər istədikləri
anda əməliyyat sisteminin əvvəlki versiyasına
qayıda biləcəklər. |
|
Microsoft Office Remote proqramını təqdim edib
Windows
Phone 8 əməliyyat sistemi üçün smartfonu
müxtəlif təqdimatların xüsusi idarəetmə rultuna
çevirməyə imkan verən Office Remote rroqramını
təqdim edib. Bu rroqram smartfon vasitəsilə
məsafədən slaydları vərəqləməyə, səhifələrin
ölçüsünü dəyişməyə, cədvəllər üzrə naviqasiya
etməyə və s. bu kimi əməliyyatları həyata
keçirməyə imkan yaradır. Bu həll Windows Phone
8 əməliyyat sisteminin biznes üçün çox rahat
olduğunu bir daha təsdiq edir.
Power Point: Slaydların vərəqlənməsi (növbəti,
əvvəlki, sonuncu), slaydların eskizlərinin
nəzərdən keçirilməsi, lazer göstəricisi
funksiyası, miqyaslanma və slayd üzərində
hərəkət, smartfonun ekranından məruzəçinin
etdiyi qeydlərə nəzər, təqdimatın taymerinin və
slaydın nömrəsinin göstərilməsi.
Excel: Sadə slaydlarla vərəqlərin dəyişməsi,
cədvəllər üzrə naviqasiya, filtr və mürəkkəb
cədvəllərin istifadəsi, açar sözlər üzrə ani
keçid, slaydın miqyaslanması.
Word: başlıqlar üzrə ani keçid, şərhlər üzrə ani
keçid, səhifələrə nəzarət, sətirlər üzrə
naviqasiya, səhifələrin miqyaslanması.
Bu rroqram müxtəlif Azərbaycan şirkətlərinin
Microsoft-un ofis rroqramlarını təqdimat edən
nümayəndələri üçün olduqca faydalı olacaq.
Slaydların dəyişdirilməsi, miqyaslanma və
əlbəttə ki, lazer göstəricisi funksiyası
istənilən məruzəsi üçün bir sıra hallarda
əvəzolunmaz alətlərə çevirilə bilər. Windows
Phone 8 əməliyyat sistemli smartfona sahib olan
istənilən şəxs komrüterdəki ofis rroqramlarını
məsafədən idarə edə bilər. Office Remone
rroqramı tamamilə rulsuz yayılır. Nəmçinin
komrüter üçün nəzərdə tutulan və Microsoft-un
rəsmi saytından yüklənilə bilən xüsusi rroqramı
da yaddan çıxarmamaq gərəkdir. |
|
Pedaqoyi təhsilin yeni islahat konsersiyası
hazırlanıb
Rusiyada gələcək müəllimlərin reşə hazırlığı
sisteminin dəyişdirilməsi və 20-yə yaxın
məktəbdə yeni konsersiyanın təcrübədən
keçirilməsi təklif olunur. Rusiyanın Təhsil və
Elm Nazirliyi yaxın 4 il ərzində müəllim
hazırlığı sistemində ciddi dəyişikliklərin
aparılmasını nəzərdə tutub. Pedaqoji təhsilin
inkişafının dəstəklənməsi üzrə konsepsiya
layihəsi artıq nazirliyin rəsmi saytında
yerləşdirilib.
"Uçitelskaya qazeta"nın yazdığına görə,
redaqoyi təhsilin inkişafi konsersiya sənədində
qeyd olunur ki, yeni dövlət federal təhsil
standartlarının qəbulu ilə əlaqədar olaraq
müəllimlərin mövcud reşə hazırlığı sistemi
köhnəlib və dəyişikliklərə ehtiyac duyulur.
Bununla əlaqədar olaraq Rusiyanın Elm və Təhsil
Nazirliyi abituriyentlərə qarşı tələbləri
artırmağı və tələbə hazırlığı rroqramının
dəyişdirilməsini, əsas diqqətin nəinki
auditoriyalarda məşğələlərin keçirilməsinə, həm
də məktəblərdə rraktik işlərin ararılmasına
yönəldilməsini təklif edir. Sənəddə qeyd olunur
ki, son illər rrofil ali məktəblərə orta
məktəblərdə "3"-lə oxuyan şagirdlər daxil olur
və ali məktəblərin özləri də aşağı keyfiyyət
göstəriciləri nümayiş etdirir. Məlumatlara
görə, pedaqoji ali məktəblərin böyük
əksəriyyəti (71,43 faiz) "qeyri-effektivlik
əlamətləri"nə malikdir, onlara heç də "yaxşı"
abituriyentlər daxil olmur, müəllimlər isə heç
də ən "yaxşı" məzunlardan seçilmir.
|
|
Müəllim əvəzinə "bulud" texnologiyaları
Böyük Britaniyada dünyada ilk "bulud məktəbi"
açılıb. İndi uşaqlar özləri tədqiqatlar apara
və müəllimlərin köməyi olmadan onları
maraqlandıran suallara cavab ala bilərlər. Bu
məqsədlə Londonda fəaliyyət göstərən "George
Sterhenson Nigh School"-da xüsusi laboratoriya
yaradılıb. Məktəblilər müxtəlif
informasiyalarla zəngin olan "internet-bulud"
resurslarından istifadə etməklə ən mürəkkəb
məsələlərin həlli üzərində düşünür və
cavabların axtarışı prosesində bir-birlərinə
kömək edirlər.
Müəllimlərin iştirakı olmadan uşaqların
özünütəhsili ideyası hind alimi, Nyukasl
Universitetinin təhsil texnologiyaları
professoru Suqata Mitreyə məxsusdur. "Elə yerlər
var ki, orada məktəb tikmək mümkün deyil. Və
yaxud elə məktəblər də var ki, müəllimlər oraya
dərs keçməyə getmək istəmir. Bir tərəfdə isə
oxumağa ehtiyacı olan və oxumağı çox istəyən
uşaqlar var. Onda nə etməli" -deyə insan
yaddaşı üzərində tədqiqatlar aparan və təhsil
prosesini izləyən professor bildirir.
Alimin apardığı "Divarda deşik" eksperimenti
onu bütün dünyada məşhur edib. Kəlkütdəki
məktəblərin birində ingilis dilində proqramlarla
təmin olunmuş kompüter quraşdırılıb. Aralarında
ingilis dilini bilən bir şagirdin belə olmadığı
uşaqlara kompüterdən sərbəst istifadə etməyə və
istənilən oyun oynamağa icazə verilib. Bir neçə
saatdan sonra isə dil və texnoloji baryerlər
aradan qalxıb: uşaqlar kənar kömək olmadan
İnternetə daxil olur, oyun oynayır, onları
maraqlandıran məlumatları tapırdılar. Suqata
Mitre əmindir ki, sinifdən kənarda şagirdlərin
müstəqil təhsili üzrə konsepsiyanın metod və
yanaşmaları dünyanın istənilən yerində tətbiq
oluna bilər. |
|
Niderland məktəblərində ikidilli tədrisə
başlanılıb
Niderland məktəblərində ikidilli təhsilin
aparılması üzrə eksperimentə başlanılıb.
"Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu
barədə Təhsil, Elm və Mədəniyyət Nazirliyinin
mətbuat katibi Sander Dekker açıqlama verib.
Onun sözlərinə görə, ilkin mərhələdə
eksperimentin keçirilməsi üçün bütün ölkə üzrə
12 məktəb seçilib. Bu məktəblərdə tədris
holland və ingilis dillərində aparılacaq.
"Uşaqlarımız ingilis dilinə əsas üstünlük
verildiyi dünyada özləri üçün həyat qurmalı
olacaqlar. Əgər onlar bu dili daha erkən
yaşlardan öyrənməyə başlasalar, bu vəzifə onlar
üçün daha asan başa gələcək. Gələcəkdə bir məzun
kimi onlar özlərini realizə etmək və işə
düzəlmək üçün daha çox imkanlar
qazanacaqlar",-deyə mətbuat katibi
bildirib.
Hazırda ölkənin bütün orta məktəblərində ingilis
dili tədris olunur. Bəzi məktəblərdə
şagirdlərə hətta alman, fransız və ispan dilləri
də öyrədilir. Eksperiment çərçivəsində coğrafiya
və biologiya dərslərinin yalnız ingilis dilində
tədrisi nəzərdə tutulub. 2015-ci ildə
eksperimentə daha 8 məktəb qoşulacaq, 2019-cu
ildə isə onun nəticələri qiymətləndiriləcək.
|
|
Bədii ədəbiyyat oxumaq beyinə kömək edir
ABŞ-ın Atlanta Universitetinin alimləri
uşaqlara daha çox bədii ədəbiyyat oxumağı
məsləhət görür. Alimlər apardıqları
tədqiqatlar nəticəsində müəyyən ediblər ki,
bədii ədəbiyyata dair kitabların oxunması insan
beyninə müsbət təsir edir. Tədqiqatçılar 21
könüllüyə hər gün Robert Xarrisin real
hadisələrin bəhs olunduğu "Pompey" romanından
30 səhifə oxumağı təklif ediblər. Araşdırmalar
baş beyin kürəsinin sol hissəsində aktivləşmənin
baş verdiyini və onun sonrakı dövrdə də davam
etdiyini müəyyən edib.
Alimlər qeyd edirlər ki, beyindəki
dəyişikliklərin xarakteri ondan xəbər verir ki,
oxucu özünü roman qəhrəmanı kimi hiss etməyə
başlayır. Alimlər bu qənaətə gəliblər ki,
bədii əsərlər insana özünü real, bioloji
səviyyədə yaxşı hiss etməyə kömək edir.
Oksford Universitetinin alimləri isə müəyyən edə
biliblər ki, oxu zamanı işə düşən mexanizmlər
orqanizmə təsir edir. Öz növbəsində Susseks
Universitetinin araşdırmaçıları sübut ediblər
ki, 6 dəqiqəlik mütaliə insanın streslərinin
səviyyəsini 2\3 dəfə azaldır. |
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında |