Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Təhsil Problemləri İnstitutunda ümumxalq hüzn günü qeyd olunub

 

Böyütmək üçün şəkili seçin Yanvarın 17-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin akt zalında 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə institutun direktoru Qulu Novruzov açdı və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Faciə haqqında geniş məlumat verən Q.Novruzov yalnız Azərbaycan müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət verildiyini bildirdi.

Sonra Bakı Dövlət Universitetinin professoru İdris Əhmədov çıxış edərək şahidi olduğu hadisələrdən, kimyaçı alim dostları ilə  birlikdə təcavüzkar rus hərbçilərinin hücumuna məruz qalmalarından acı xatirələr söylədi.

İnstitutun direktor müavini Ənvər Abbasov tədbirdə çıxış edərək Ümumxalq hüzn günü ilə bağlı xatirələrini və düşüncələrini dilə gətirdi. Eyni zamanda bu faciəli hadisənin Azərbaycan xalqının yaddaşında qoyduğu kədərli anlardan danışdı.

Tədbirdə həmçinin Təhsil Problemləri İnstitutunun şöbə müdirləri Ənvər Əhməd, Piralı Əliyev və Vidadi Xəlilov da çıxış edərək Azərbaycan xalqının məruz qaldığı 20 Yanvar faciəsinin xalqın taleyi üçün azadlıq məşəli rolunu oynadığını bildirdilər.

Tədbirin sonunda Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov xalqımızın tarixində olan belə faciələrin yeni nəsillərə catdırılmasının, dərs və tədris vəsaitlərində onlara yetərli yer ayrılmasının zəruriliyini vurğuladı. O, həmçinin 20 Yanvar hadisələrinin xalqımız üçün tarixi və yaddaş dərsi olduğunu, xalqımızın mübarizə əzmini qırmağın mümkünsüzlüyünü nəzərə çatdırdı.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov