Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

ADU-da anım tədbiri

 

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Universitetin tələbəsi olmuş 20 Yanvar  şəhidi Ülvi Bünyadzadənin adına muzeyin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 1990-cı il 20 yanvar tarixinin Azərbaycan xalqının  qəhrəmanlıq salnaməsi olduğunu bildirdi.

Hadisələri canlı yaşadıqlarını söyləyən ADU-nun rektoru tədbirdə iştirak edən tələbələrin böyük əksəriyyətinin həmin hadisələr haqqında kitablardan, arxivlərdən öyrəndiklərini nəzərə çatdırdı. Rektor S. Seyidov ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adına yaradılmış açıq muzeyin  önündə toplaşan gəncliyi onun kimi cəsur, vətənpərvər görmək istədiyini dedi.

Rektor Səməd Seyidov 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin   uğurla davam etdirildiyini qeyd etdi. 

ADU-nun ingilis dilinin leksikologiyası kafedrasının müdiri, professor  Fikrət Cahangirov   bildirdi ki, Azərbaycan xalqı müstəqilliyi igid övladlarının qanı bahasına qazandı.    Hadisələrin canlı şahidi olmuş müasir alman dili kafedrasının dosenti Çərkəz  Qurbanlı 20 Yanvar faciəsi haqqında danışdı.

İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov 20 Yanvarı ciddi şəkildə düşünülmüş, ətraflı planlaşdırılmış hadisə kimi xarakterizə etdi.

Anım tədbirində pedaqoji fakültənin II kurs tələbəsi Nərgiz Məmmədova  "Şəhidlər" şeirini söylədi. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov