Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

 

Yanvarın 17-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Öncə universitetin imtahan keçirilən 225 auditoriyasında tələbələrə faciə haqqında qısa məlumat verilib. Sonra rektor, akademik Abel Məhərrəmovun iştirakı ilə 443 və 900 saylı otaqlarda anım mərasimləri başlayıb və tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında davam etdirilib. İştirakçılar abidə önünə gül qoyaraq, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalacaqdır. 20 Yanvarda Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor bildirib ki, hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış bu möhtəşəm abidə qarşısına toplaşırıq. Tələbələrimiz tez-tez bu abidəni ziyarət edir və şəhidlərimizlə fəxr edirlər.  Rektor 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Sonra kafedra müdiri, professor İzzət Rüstəmov faciə ilə bağlı fikirlərini bölüşüb. Tədbir tələbələrin çıxışı ilə yekunlaşıb.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov