Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 
"Azərbaycan müəllimi" - 80

Dahi şairin əsərləri Azərbaycan dilində

 

"Azərbaycan müəllimi",
2 iyun 1949-cu il,
21
 

...Əsərləri Azərbaycan dilinə tərcümə edilmiş böyük rus yazıçıları sırasında Puşkin xüsusi yer tutur. Puşkin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ədəbiyyat tariximizin inkişafında çox mühüm  mədəni və ədəbi hadisə olmuşdur. Çünkü bu əsərlər ədəbiyyatımıza yeni rus realist sənətinin  gözəl nümunələrini, zəngin ictimai-inqilabi məzmun, yeni bədii üslub gətirmişdir.

Rus ədəbiyyatından və xüsusilə Puşkin əsərlərindən tərcümə etmək  sahəsində ciddi addımlar atan şair Abbas Səhhət olmuşdur... O, Puşkinin "Qış yolu", "Qaraçılar" (bir parça), "Qafqaz", "Suda boğulmuş", "Peyğəmbər" və başqa  şeirlərini tərcümə etmişdir.

Səhhət Puşkindən etdiyi tərcümələrdə əsərin orijinalını mümkün qədər tam və doğru bir şəkildə verməyə səy etmiş və buna müvəffəq olmuşdur.

Onun tərcümələri  bugün  də yaxşı  şeir tərcümələrindən  sayılmaqdadır.

...Dahi rus şairinin ölümünün 100 illiyi ərəfəsində... Azərbaycanın istedadlı şairi iki dəfə Stalin mükafatı laureatı Səməd Vurğun Puşkinin ölməz romanı olan "Yevgeni Onegin"i tərcümə etdi. "Rus həyatının ensiklopediyası" adlanan bu əzəmətli sənət abidəsinin Azərbaycan dilinə tərcümə edilməsi ictimai ədəbi həyatımızda mühüm bir hadisə idi... 

Mirzağa QULUZADƏ,
Filoloji elmləri namizədi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov