"Azərbaycan müəllimi",
25 noyabr 1948-ci il, №44
Azərbaycanda opera sənətinin banisi, istedadlı bəstəkar
Üzeyir Hacıbəyovun ölümü xalqımız üçün böyük itkidir. Bu
itki incəsənət işçiləri üçün daha ağırdır. Çünki biz
incəsənət adamları hər gün, hər saat Üzeyir Hacıbəyovun
qayğıkeş və mehriban atalıq məhəbbətini hiss edir və
duyurduq.
Əsl xalq bəstəkarı olan Üzeyir Hacıbəyov öz əsərlərində
sosyalizm dövrünün qüdrətini, xalqımızın qəhrəmanlıq
epopeyasını tərənnüm etməyə çalışmışdır. Əziz Üzeyirin
yaratdığı operalarda Azərbaycan qadınlığının öz azadlıq
və səadəti uğrunda mübarizəsi həmişə bariz bir şəkildə
qoyulmuşdur. Mən bir artistka olaraq Üzeyir Hacıbəyovun
yaratdığı qadın surətlərini böyük həyəcan və sevinclə
yaratmağa çalışmış və rollarda böyük bəstəkarın coşğun
istək və arzularını daim hiss etmişəm.
Öz şanlı həyatını sovet incəsənətinin tərəqqisinə həsr
etmiş Üzeyir Hacıbəyovu biz heç bir zaman
unutmayacağıq.
Şövkət MƏMMƏDOVA,
SSRİ xalq artistkası |