Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Tanınmış imzalar

Müəllimlərim

 

"Azərbaycan müəllimi",
1 sentyabr 1971-ci il,
70

 

Sevimli, hörmətli müəllimlərim,

Şer yazmamışam hələ sizə mən.

Nə danım, çatmayıb buna hünərim,

Bir dastan bağlayım hərənizə mən.

 

Ehtiyat etmişəm, birdən bir sözü

Yerində demərəm, qəbahət olar.

Qəlbim sözlə dolub, qorxmuşam düzü,

Qarşınızda qələm xəcalət olar.

 

Mən susa bilmirəm, bilmirəm daha,

Dastan olmasa da bir şer deyim.

Gözümü açdınız geniş dünyaya,

Həqiqətə döndü arzum, diləyim.

 

"A" hərfi yazandan bu günə qədər

Duymuşam şərəfli əməyinizi.

Ötüşəcək aylar, keçəcək illər,

Mən yad edəcəyəm yenə də sizi.

 

Unuda bilmərəm-düzgün cavabım

Sizi məndən artıq sevindirərdi.

Lövhənin önündə lal duran anım,

Qəlbinizdə ağır dərdə dönərdi.

 

Unuda bilmərəm-"5" i yazmağa

Həmişə əliniz çox tələsərdi.

Di gəl ki, qiyməti olsa aşağı,

Jurnal üstə qələm tir-tir əsərdi.

 

Unuda bilmərəm- siz dərs dedikcə,

Keçdim dənizlərdən, dolandım ərzi,

Yanar çıraq kimi şölələndikcə,

Mənə bəxş etdiniz öz şölənizi.

 

Unuda bilmərəm haqqınızı mən,

Bu haqq dağlar kimi ağır, möhtəşəm.

El razı qalanda bircə  işimdən:

Sizin haqqınızdır, sizin - demişəm.

 

Nə böyükdür haqqı gör müəllimin,

Hər sözü dərdlərin məlhəmi kimi.

Sizsiz, dəryasında biliyin, elmin

Azardım sükansız bir gəmi kimi.

 

Sevimli, hörmətli müəllimlərim,

Açdım qarşınızda öz ürəyimi.

Qəbul edin məndən bu kiçik şeri,

Böyük məhəbbətin çələngi kimi.

 

Hikmət ZİYA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov