Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyevanın adından hədiyyə təqdim olunub

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsi Nikolay Kupriyanovun çoxdankı arzusunu yerinə yetirmişdir. Birliyin regional bölməsinin sədri Elvin Hüseynov bildirmişdir ki, azərbaycanlı tələbələr RAGB sədri Leyla Əliyevanın adından Nikolaya Yeni il hədiyyəsi - Qaraçay-Çərkəz Respublikasının Dombay kurort qəsəbəsində istirahət üçün sertifikat təqdim etmişlər.

Kolya üçün illər boyu valideynlərini əvəz edən nənəsi də diqqətdən yayınmamışdır: o, nəvəsi ilə birlikdə istirahətə getmişdir.

Nikolayın 5 yaşı olanda valideynləri təyyarə qəzasında həlak olmuşdur. O vaxtdan onu nənəsi tərbiyə edir. İndi 17 yaşı olan Nikolay dərs əlaçısıdır. Həştərxanlı gənc indiyə qədər heç vaxt vilayətdən kənarda olmamışdır. O, hələ uşaq yaşlarından öz ölkəsinin və dünyanın başqa guşələrini görməyi arzulayırdı.

Nikolay Kupriyanov bu hədiyyəyə görə RAGB rəhbəri Leyla Əliyevaya və azərbaycanlı dostlarına minnətdarlığını bildirmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov