| 
						
						 2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin 
						görkəmli nümayəndəsi, tanınmış maarifçi və 
						yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 
						150 illiyi tamam olur. 
						
						Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi 
						təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət 
						quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər 
						zəminində bərqərar olmasının vacibliyini irəli sürən və 
						müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib 
						hazırlanmasında yaxından iştirak edən, eləcə də 
						çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin 
						fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində 
						Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən 
						görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik 
						yubileyinin keçirilməsini təmin etmək məqsədilə 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. 
						Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
						Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, 
						Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə 
						alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə 
						həsr olunmuş tədbirlər planını hazırlayıb həyata 
						keçirsin. 
						
						
						2. 
						Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 21 yanvar 2014-cü il
 |