| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Təhsil 
						haqqında" Azərbaycan Respublikasının Qanununda 
						dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 
						2013-cü il 3 dekabr tarixli 838-IVQD nömrəli Qanununun 
						qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini 
						təmin etmək məqsədi ilə   
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. 
						Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan 
						Respublikası Prezidentinin aktlarının "Təhsil haqqında" 
						Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi 
						barədə" Azərbaycan Respublikasının Qanununa 
						uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay 
						müddətində hazırlayıb Azərbaycan Respublikasının 
						Prezidentinə təqdim etsin; 
						
						1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
						normativ hüquqi aktlarının həmin Qanuna 
						uyğunlaşdırılmasını üç ay müddətində təmin edib 
						Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
						
						1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ 
						hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 
						nəzarətdə saxlasın və bunun icrası barədə beş ay 
						müddətində Azərbaycan Respublikasının Prezidentinə 
						məlumat versin; 
						
						1.4. həmin qanundan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						
						2. 
						
						Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi 
						icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 
						və normativ xarakterli aktların "Təhsil haqqında" 
						Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi 
						barədə" Azərbaycan Respublikasının Qanununa 
						uyğunlaşdırılmasını təmin edib Azərbaycan 
						Respublikasının Nazirlər Kabinetinə məlumat versin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 16 yanvar 2014-cü il
 |