| 
						
						Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan 
						Respublikası Konstitusiyasının 94-cü maddəsinin I 
						hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Təhsil 
						haqqında" Azərbaycan Respublikasının Qanununu 
						"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 
						olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan 
						Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 
						Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 
						629-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə   
						
						
						QƏRARA ALIR:  
						
						"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa 
						(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 
						2009, № 9, maddə 684; 2011, № 2, maddə 70) aşağıdakı 
						məzmunda 14.8-1-ci maddə əlavə edilsin: 
						
						"14.8-1. Valideynlərini itirmiş və valideyn himayəsindən 
						məhrum olmuş uşaqlar, habelə onların arasından olan 
						şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas 
						təhsili müəssisələrində ödənişli əsaslarla təhsil 
						aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin 
						vəsaiti hesabına ödənilir.".  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 3 dekabr 2013-cü il
 |