Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Ali məktəblərin "Qaynar xətt" xidmətləri

 

Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qış imtahan sessiyası davam edir. Tələbələrin həyəcanla gözlədiyi bu imtahanlara həmişə olduğu kimi, bu il də ciddi nəzarət edilir. Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmaq, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat vermək, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etmək barədə tapşırıqlar verilib.

Qeyd edək ki, son illər respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha geniş vüsət almış və bu kimi halların aradan qaldırılması istiqamətində ciddi addımlar atılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Ali təhsil müəssisələrində sessiya müddətində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və onların yol verilməsində məsuliyyət daşıyan şəxslər barədə tədbir görmək məqsədilə imtahan qərargahları və "Qaynar xətt" xidmətləri yaradılıb. İmtahan qərargahları "Qaynar xətt"lərə daxil olan zəngləri qeydiyyata alaraq  tələbələrin biliyinin  qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı ərizə, şikayət və təklifləri operativ araşdıraraq yol verilən nöqsanların vaxtında aradan qaldırılması məqsədilə fəaliyyət göstərir.

Ali təhsil müəssisələrinin "Qaynar xətt" nömrələrini təqdim edirik:

 

Bakı Dövlət Universitet:

(012) 538-06-78

Azərbaycan Dövlət Neft Akademiyası:

(012) 437-43-51

Azərbaycan Dövlət İqtisad Universiteti:

(012) 493-59-19

Azərbaycan Dövlət Pedaqoji Universiteti:

(012) 498-17-94, 408-30-29

Azərbaycan Dillər Universiteti:

(012) 440-35-05, 440-35-02

Bakı Slavyan Universiteti:

(012) 449-36-52

Azərbaycan Memarlıq və İnşaat Universiteti:

(012) 539-42-38

Azərbaycan Texniki Universiteti:

(012) 539-90-70, 539-13-78

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti:

(012) 538-76-06

Azərbaycan Milli Konservatoriyası:

(055) 780-09-33, (050) 268-34-38

Azərbaycan Müəllimlər İnstitutu:

(012) 465-29-75

Sumqayıt Dövlət Universiteti:

(018) 644-89-05

Gəncə Dövlət Universiteti:

(0222) 56-19-62

Naxçıvan Dövlət Universiteti:

(036) 545-39-29

Azərbaycan Dövlət Aqrar Universiteti:

(0222) 56-89-57, 56-00-56

Azərbaycan Texnologiya Universiteti:

(0222) 57-08-83

Lənkəran Dövlət Universiteti:

(02525) 5-25-88

Mingəçevir Politexnik İnstitutu:

(02427) 5-32-72, 4-14-33 

Niyazi RƏHİMOV
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov