Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin
rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi
Muhamməd Elballa Osmanı qəbul etdi.
Qonağı salamlayan rektor, professor Səməd Seyidov onu
ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi.
Universitet haqqında danışan rektor, professor Səməd
Seyidov ADU-da qərb və şərq dillərinin geniş tədris
olunduğunu bildirdi. ADU-da regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsində ərəbşünaslıq ixtisasında ərəb
dilinin tədris olunduğunu nəzərə çatdırdı.
Səmimi qəbula görə təşəkkür edən Sudan səfirliyinin
səlahiyyətli nümayəndəsi - müstəşar elçi Muhamməd
Elballa Osman ADU-da ərəb dilinin tədrisindən razı
qaldığını qeyd etdi.
Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında
fikir mübadiləsi aparıldı.
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti
|