Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Azərbaycan-Ukrayna: humanitar sahədə əməkdaşlığın yeni üfüqləri

 

Ukrayna paytaxtının Milli Aviasiya Universitetində (MAU) Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Nazim Əliyevin MAU-nun rektoru, texnika elmləri doktoru, professor Nikolay Kuliklə görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov və hüquq elmləri doktoru, MAU-nun beynəlxalq münasibətlər kafedrasının professoru, "Xalq Diplomatiyası İnstitutu" ictimai təşkilatı idarə heyətinin sədri, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev iştirak etmişlər.

Görüşdə tərəflər ali məktəblər arasında əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

Rektor böyük səmimiyyətlə Azərbaycana öz səfərlərini, xüsusən 2009-cu ildə AMEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin 75 illiyi ilə əlaqədar təntənəli şəraitdə Azərbaycanın görkəmli aliminə MAU-nun fəxri doktoru mantiyasını təqdim etməsini xatırlatmışdır.

N.Kulik mövzunu davam etdirərək Ukrayna və Azərbaycanın iki profil ali məktəbi arasında sıx dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək bildirmişdir ki, 2013-cü ildə ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycana səfərindən sonra Ukrayna ali məktəblərinin rektorlarına, o cümlədən MAU-nun rektoruna azərbaycanlı həmkarları ilə tərəfdaşlıq əlaqələrini genişləndirməyi və dərinləşdirməyi tövsiyə etmişdir.

Rektor həmçinin paytaxt Bakının əsl Avropa səviyyəli gözəlliyindən, bütün sahələrdə ölkənin sürətli inkişafından heyrətə gəldiyini bildirmişdir.

Sonra N.Kulik Bakı Dövlət Universitetinin rektorluğuna təhvil vermək üçün MAU ilə Azərbaycanın bu başlıca dövlət ali məktəbi arasında əməkdaşlıq haqqında imzaladığı sazişin ikinci nüsxəsini Azərbaycan səfirliyinin müşavirinə təqdim etmişdir.

Nazim Əliyev Azərbaycan haqqında səmimi sözlərə görə rektora təşəkkür etmiş və əmin olduğunu bildirmişdir ki, Azərbaycanın və Ukraynanın ali məktəbləri arasında ikitərəfli əlaqələr bundan sonra da inkişaf edəcəkdir.

Görüşün sonunda Hikmət Cavadov Nikolay Kulikdən çox sayda azərbaycanlı tələbənin təhsil aldıqları MAU-da UABD-nin konsertlərinin keçirilməsinə kömək göstərməyi xahiş etmişdir. UABD-nin tərkibinə daxil olan Müslüm Maqomayev adına mədəniyyət mərkəzinin rəhbəri Ukraynanın xalq artisti Qurban Abbasovdur.

Rektor cavabında demişdir: "Böyük məmnuniyyətlə, axı mən yaxşı bilirəm ki, azərbaycanlılar istedadlı millətdir!".

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov