Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağı açılıb

 

Böyütmək üçün şəkili seçinYanvarın 14-də akademik Zərifə Əliyeva adına liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər.

Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1 ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrofon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış anti-virus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Koreyanın Təhsil Nazirliyinə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirib ki, tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub.

Tədbirdə çıxış edən Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim tədris otağının yaradılmasının əhəmiyyətindən bəhs edib. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov