Zaqatala rayonunun Yuxarı Tala kəndində 2012-ci ilin
mayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə
düşmüş 2 nömrəli tam orta məktəb üçün yeni bina tikilir.
AzərTAc xəbər verir ki, dövlət vəsaiti hesabına inşa
edilən üçmərtəbəli yeni məktəb binası 450 şagird üçün
nəzərdə tutulmuşdur.
Hazırda binanın ikinci mərtəbəsində beton işləri
görülür. Məktəbin həyətində yardımçı tikililərin, o
cümlədən qazanxananın və hər birinin tutumu 100 kubmetr
olan 2 ədəd su anbarının tikintisinə başlanılmışdır.
Tikinti işlərini "Şərq Əcəmi" MMC-nin inşaatçıları
yerinə yetirirlər. Məktəb binasının yeni dərs ilinədək
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonun zəlzələdən zərər dəymiş yaşayış məntəqələrində
qəzalı məktəblər üçün Fövqəladə Hallar Nazirliyi
tərəfindən 2012-ci ildə tikintisinə başlanılan 22 məktəb
binasından indiyədək 19-u istifadəyə verilmişdir.
Hazırda 3 məktəbin, habelə Azərbaycan Müəllimlər
İnstitutunun Zaqatala filialı üçün inşa edilən yeni
çoxmərtəbəli binanın tikintisi davam etdirilir. Bu
məktəb binalarının da cari il ərzində istifadəyə
verilməsi nəzərdə tutulur. |