| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 
						Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları 
						Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri 
						üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını 
						həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar 
						aparan, Azərbaycan Respublikası Xarici İşlər 
						Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" 
						Universiteti yaradılsın. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						2.1. bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış "ADA" 
						Universitetinin nizamnaməsinin layihəsini iki ay 
						müddətində hazırlayıb Azərbaycan Respublikasının 
						Prezidentinə təqdim etsin; 
						
						2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu 
						sərəncama uyğunlaşdırılmasına dair təkliflərini 
						hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının 
						Prezidentinə təqdim etsin; 
						
						2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
						normativ hüquqi aktlarının bu sərəncama 
						uyğunlaşdırılmasını üç ay müddətində təmin edib 
						Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
						
						2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ 
						hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını 
						nəzarətdə saxlasın və bunun icrası barədə üç ay 
						müddətində Azərbaycan Respublikasının Prezidentinə 
						məlumat versin; 
						
						2.5. "ADA" Universitetinin fəaliyyətinin 
						maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri 
						tədbirləri həyata keçirsin; 
						
						2.6. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 13 yanvar 2014-cü il
 |