Dekabrın 27-də 12 nömrəli Bakı Peşə Liseyində Gənc
kulinarların birinci ümumrespublika çempionatı və
müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan
Milli Kulinariya Assosiasiyası ilə birlikdə təşkil
etdiyi müsabiqə Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunub.
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələri komandalarının iştirak etdiyi müsabiqə
kulinariya üzrə təhsil alan gənclərin peşə vərdişlərinin
inkişafı və istedadlı gənc kulinarların beynəlxalq
müsabiqələrə hazırlanması məqsədlərinə xidmət edir.
Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının
prezidenti Tahir Əmiraslanov, Təhsil Nazirliyi Texniki
peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, müsabiqəyə
qatılmış komandaların təmsil etdikləri təhsil
müəssisələrinin nümayəndələri, müəllimlər, tələbələr və
şagirdlər iştirak ediblər.
Tədbirin sonunda müsabiqə qaliblərinə diplom və
hədiyyələr təqdim olunub. |