Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Qaçqın  və məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb

 

Dekabrın 30-da Təhsil Nazirliyi tərəfindən Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan qaçqın və məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb.

Nazirlik  hər  il  olduğu  kimi,   Dünya   Azərbaycanlılarının  Həmrəylik  Günü  və  Yeni  il  ərəfəsində  kəlbəcərli  qaçqın  və  məcburi  köçkün  ailələrin  yanında  olmaq,  Ermənistanın  işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək  ənənəsinə  sadiq  qalıb.

1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöldə yaşayan kəlbəcərli ailələrə paylanılıb.

Qaçqın və məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov