Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Dərsliklərin əlavə nəşrindən əldə olunan vəsaitin əlli faizi müəlliflərə veriləcək

 

 Azərbaycan Respublikasının təhsil naziri "Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi barədə" əmr imzalayıb.

Əmr dərslik müəlliflərinin hüquqlarının qorunmasını və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsini, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət edir.

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununun və "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin müvafiq müddəalarına uyğun olaraq, əmrdə dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin, müvafiq gəlirin digər hissəsinin dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması qərara alınıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov