10 yanvar 2014-cü il tarixində saat 10:00-da təhsil
naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən
rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin
"Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət
edərək və ya "Elektron müraciət" bölməsi
www.edu.gov.az/view.php?lang=az&menu=contacts
vasitəsilə qeydiyyatdan keçə bilərlər. |