Vətəndaşların qəbulu prosesinin səmərəli təşkil
edilməsi, onların hüquqlarının qorunmasının təmin
edilməsi, həmçinin bu işə nəzarətin artırılması məqsədi
ilə "Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında" Azərbaycan Respublikasının Qanununu, "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin təşkili
sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429
nömrəli Fərmanını və "Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1.
"Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası"
təsdiq edilsin (əlavə olunur).
2.
Nazirliyin bütün şöbə və idarələrinin, ali və orta
ixtisas təhsili müəssisələrinin, yerli təhsil
şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti
işçiləri fəaliyyətlərində bu Qaydaların tam və düzgün
tətbiq olunmasını təmin etsinlər.
3.
Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili
müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli
şəxsləri tərəfindən bu Qaydalara 1 və 2 nömrəli
əlavə ilə müəyyən olunmuş vətəndaşların qəbulu
qrafikinə ciddi riayət olunsun.
4.
İnformasiya şöbəsinə tapşırılsın ki:
4.1. qəbula yazılan vətəndaşın yazılı və elektron
formada uçotunu aparsın;
4.2. qəbul qrafikinin Nazirliyin qəbul otağında hər kəs
üçün aydın görünən yerdə asılmasını təşkil etsin;
4.3. əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını,
Nazirliyin
rəsmi internet səhifəsində yerləşdirilməsini təmin
etsin.
5.
Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə
edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2013-cü il |