| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 17-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. 2013-cü  il  noyabrın  21-də  Bakı  şəhərində  
						imzalanmış  "Azərbaycan  Respublikasının  Təhsil  
						Nazirliyi  və  Belarus  Respublikasının  Təhsil  
						Nazirliyi  arasında  Azərbaycan Respublikası  
						ərazisində  yeni  təhsil  müəssisələrinin yaradılması 
						haqqında Protokol" təsdiq edilsin. 
						
						2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu 
						fərmanın 1-ci hissəsində göstərilən protokolun 
						müddəalarının həyata keçirilməsini təmin etsin. 
						
						3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 
						həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan 
						dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə 
						Belarus Respublikası Hökumətini xəbərdar etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 27 dekabr 2013-cü il
 |