Bağça
və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq
üçün maarifləndirmə işləri aparılmalı, düzgün
qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir
sıra tədbirlər görülməlidir.
Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq
vacibdir. Səhv qidalanma uşaqlarda immunitetin
zəifləməsinə səbəb olur. Uzun müddət ac qalanlarda isə
müxtəlif qış xəstəlikləri yaranır. Ona görə düzgün
qidalanmaq və istəyə uyğun mövsümi tərəvəzlərdən
istifadə etmək lazımdır. Xüsusi qeyd etmək lazımdır ki,
qış mövsümündə azyaşlı körpələr də xəstələnir. Bu
baxımdan onlara tərkibi rəngləndiricilərdən ibarət
olmayan üzvi körpə qidaları verilməlidir. Bura
xəstəliklər haqqında məlumatlandırma, əl yuma və tualet
vərdişləri, şəxsi gigiyena və s. aiddir.
Qış xəstəlikləri olduqda uşaqları məktəb və bağçaya
göndərməməli, müəllimlərə məlumat verilməlidir.
Müəllimlər də uşaqlarda olan yoluxucu qış xəstəliklərini
gördükdə ailəni dərhal məlumatlandırmalıdır. Kiçik
uşaqlar arasında yoluxucu xəstəliklər haqqında ciddi
maarifləndirmə aparılsa daha yaxşı olar. Beləliklə,
onlar xəstəliklərdən uzaq olar. Əllərin yuyulması, şəxsi
gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə
apardıqda primitiv görünən fəaliyyətlər yaddan
çıxmamalıdır. Məsələn, uşaqların bəziləri öskürərkən və
ya asqırarkən sadə prosedurlara fikir verməzlər. Onlara
xəstəliklərdən qorunmaq üçün havada çoxlu olmamağı və
ağzı açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda
uşaqlarda salfetlərdən istifadəyə və əlləri yumağa fikir
verin. Əllər xüsusi maye sabunlarla və bol suyla
yuyulmalıdır. Tualet vərdişləri öyrədilərkən şəxsi
gigiyenaya və təmizliyə fikir verilməlidir.
Qış xəstəlikləri zamanı lazım olan peyvəndlər
vurulmalıdr. Bu peyvəndlər immunitetə təsir göstərərək
uşaqları yoluxucu xəstəliklərdən qoruyur.
Tibb portalı |