Başa
çatmaqda olan 2013-cü - "İKT ili"ndə təhsil sisteminin
informasiyalaşdırılması üzrə xeyli iş görülmüşdür. İlk
növbədə təhsil sistemində İKT infrastrukturunun inkişaf
etdirilməsi diqqətdə saxlanılmışdır.
Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə
maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter
avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat
sahəsində son illər aparılan işlər 2013-cü ildə də davam
etdirilmişdir. Təhsil müəssisələrinin İKT avadanlıqları
ilə təmin edilməsi məqsədi ilə respublika üzrə təhsil
müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan
şəhər və rayon təhsil şöbələrinə 3707 ədəd stolüstü
kompüter, 4853 ədəd noutbuk, 1976 ədəd proyektor və 2600
ədəd interaktiv elektron lövhə paylanılmış, xüsusi
qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin
inkişafı ilə əlaqədar distant tədris mərkəzindəki
müəllim və şagirdlər 31 ədəd Traxus Roller Plus
Joystick, 30 ədəd qulaqcıq Microsoft LifeChat, 100 ədəd
qulaqcıq A4TECH və 100 ədəd qrafik planşeti Wacom
Bamboo Pen ilə təmin edilmişdir. Məlumat və Resurs
Mərkəzinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulma
sürətinin 1 Gb/s-dən 10 Gb/s-dək artırılması üçün o
lazımi avadanlıqlarla təchiz edilmişdir.
Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət
və dəstək sistemi daha da təkmilləşdirilmiş, "Elektron
məktəb" layihəsində iştirak edən təhsil müəssisələrinə
texniki dəstək göstərilmişdir. Bakı şəhəri və Abşeron
rayonunda 366 təhsil müəssisəsi texniki dəstək xidməti
ilə əhatə olunmuşdur.
Milli Təhsil Portalının məlumatları daim yenilənmiş,
Məlumat və Resurs Mərkəzində elektron sənəd
dövriyyəsinin dəstəklənməsi və konsultasiya xidmətləri
göstərilmişdir.
İntranet xidmətlərinin işlənilməsi və İnternet
şəbəkəsinə çıxışın təmin olunması istiqamətində də
addımlar atılmış, Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet
və İnternet) əlavə olaraq 70 təhsil müəssisəsi
qoşulmuşdur. 2013-cü ilə qədər qoşulmuş 1695 təhsil
müəssisəsi mütəmadi olaraq İntranet və İnternetə çıxışla
təmin edilmişdir.
Bu il təhsil sisteminin informasiyalaşdırılması ilə
bağlı görülmüş işlərin bir istiqaməti də elektron təhsil
texnologiyalarının tətbiqinin genişləndirilməsi
olmuşdur.
Belə ki, bu sahədə görülən işlər nəticəsində Young
Digital Planet şirkətinin Universal Kurikulum
platforması üzrə 57 ədəd elektron dərs hazırlanmış,
həmin şirkət tərəfindən "Rəqəmsal kitab rəfi" həlli və
həll çərçivəsində dərsliklər interaktiv formata
keçirilmiş, 10 ədəd milli tədris fənni üzrə elektron
tədris resursları hazırlanmış və təhsil portalında
yerləşdirilmiş, 57 ədəd animasiyalı müəllim təqdimatı və
multimedia məzmunlu videodərslər hazırlanmışdır.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
da diqqət mərkəzində durmuşdur. Təhsil Nazirliyi üçün
elektron formada diplomların məlumat bazası və
diplomların mərkəzləşdirilmiş yoxlama portalının
hazırlanması üzrə işlər aparılmış, təhsil
müəssisələrində yerləşən fərdi kompüterlər ilə Məlumat
və Resurs Mərkəzi arasında bağlantı lisenziyaları,
məlumatların və İnternetin ötürülməsi təmin edilmiş,
mərkəzin bütün serverlərinə Vmware virtuallaşdırma
lisenziyaları verilmişdir. Təhsil müəssisələri "Cisco
Contact Center Express" Çağrı mərkəzi sisteminin
yenilənməsi üçün 33, "Cisco TANDBERQ TelePresence" Video
Konfrans sisteminin yenilənməsi üçün isə 21 ədəd
lisenziya ilə təmin edilmiş, onlarda olan kompüterlərin
lisenziyalı "Bitdefender SRL" antivirus proqramları ilə
təmin olunması üçün 10000 "Plus 2012 antivirus"
lisenziyaları verilmişdir.
Bu il kadr potensialının gücləndirilməsi sahəsində də
diqqətəlayiq işlər görülmüşdür. Belə ki, təhsil
sisteminin pedaqoji heyətinə tədris prosesində
informasiya və kommunikasiya texnologiyalarından (İKT)
effektiv istifadə edilməsi üçün İntel "Gələcək üçün
təhsil" təlim vəsaitləri əsasında treninq keçirilmişdir.
Həmin vəsait üzrə 1135 nəfər müəllimə 48 saatlıq
təlimlər keçirilmişdir.
İntel "Gələcək üçün təhsil" proqramı ümumtəhsil və ali
pedaqoji müəssisələrin müəllimlərinin tədris prosesində
İKT-dən səmərəli istifadə etmələri üçün treninq
vəsaitidir. Treninqin proqramı 12 auditoriya məşğələsi
modulundan ibarətdir. Hər modulda müəllimlər öz tədris
layihələri üzərində işləyirlər.
Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin
210 nəfər pedaqoji heyəti üçün "Həmkara dəstək" layihəsi
üzrə 48 saatlıq, 405 nəfər laborant heyəti üçün İKT üzrə
savadlılığın artırılmasına yönəldilmiş treninqlər
keçirilmişdir.
Seçilmiş pilot məktəblərin 660 nəfər pedaqoji heyəti
üçün "Fənlər üzrə elektron təhsil resurslarının
hazırlanması" layihəsi çərçivəsində 48 saatlıq, 1200
nəfər pedaqoji heyəti üçün isə təhsil portalından
istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş
treninqlər keçirilmişdir.
Bununla bərabər, Milli Təhsil Məlumat Bazasının
istifadəsinin təbliği sahəsində 1750 nəfər üçün 48
saatlıq treninqlər keçirilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant
təhsilinin icrasını təmin etmək məqsədilə İKT
avadanlıqlarından və texniki vasitələrdən istifadəyə
dair 66 nəfər müəllim, valideyn və şagird heyətinə
təlimlər keçirilmişdir. Eyni zamanda 22 nəfər müəllim
heyətinə "Fənlər üzrə elektron təhsil resurslarının
hazırlanması" layihəsi üzrə 48 saatlıq treninqlər
keçirilmişdir.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |