Leyla
ABDULLAYEVA,
Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbin direktoru,
Milli Məclisin deputatı
2013-cü il ölkəmiz üçün uğurlu olmuşdur. Möhtərəm cənab
Prezident İlham Əliyevin 3-cü dəfə dövlət başçısı
seçilməsi xalqın ona olan inam və etimadının bariz
nümunəsidir. 2013-cü il prezident seçkiləri bir daha
İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti
olduğunu sübut etdi. Möhtərəm Prezidentimizin apardığı
uğurlu siyasət Azərbaycanda hər bir sahənin inkişafı
üçün təməl olmuşdur.
Bu il ölkə Prezidenti "Azərbaycan Pespublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq
olunması ilə bağlı sərəncam imzalamışdır. Strategiyanın
əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada
qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.
Güclü və dinamilk inkişaf edən Azərbaycana yüksək
intellektli kadrlar lazımdır. Bu cür kadrların
hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət
Strategiyasında göstərildiyi kimi, islahatların
aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə
zəmin yaradacaqdır.
Bu gün Azərbaycan təhsilinin yüksək nailiyyətlər
qazanmasında Heydər Əliyev Fondunun, onun prezidenti,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
mühüm xidmətləri vardır. Məhz onun rəhbərliyi ilə
yüzlərlə məktəb, uşaq bağçası tikilmiş, təmir olunmuş,
yüksək standartlar səviyyəsində təchiz olunmuşdur.
Rəhbərlik etdiyim Sumqayıt şəhərindəki F.Piriyev adına
18 nömrəli tam orta məktəb Prezident sərəncamı ilə
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibidir. Məktəbin kollektivi cari tədris ilində də
dövlət başçımız İlham Əliyevin təhsilə və təhsil
işçilərinə göstərdiyi diqqət və qayğı nəticəsində böyük
uğurlara imza atmışdır. Tələbə qəbulunun nəticələrinə
görə rəhbərlik etdiyim məktəb şəhər məktəbləri sırasında
öncül yerdədir. Bu il məktəbi bitirmiş 18 şagirddən
15-i arzuladığı ali təhsil müəssisəsinə daxil olmuş,
ötən illərdə qazandığımız uğurlara yeni uğurlar
qatmışlar. Məktəbin şagirdləri müxtəlif müsabiqələrin
qalibi olmuş, zona və respublika üzrə keçirilmiş
yarışlarda I-II-III yerləri qazanmışlar. Çalışırıq ki,
məktəbi savadlı, bacarıqlı, vətənpərvər şagirdlər
bitirsin və əldə etdikləri bilikləri bacarığa çevirib
yüksək ixtisaslı kadrlar kimi vətənə xidmət etsinlər.
Bildiyimiz kimi, 2013-cü il cənab Prezidentin sərəncamı
ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilmişdir. Məktəb sadəcə təhsil, elm məbədidir. Amma bu
məbədin müasir bəzək ornamenti informasiya -
kommunikasiya texnologiyalarıdır.
Bu sahədə də məktəbdə böyük işlər görülmüşdür.
Şagirdlərimiz ulu öndər Heydər Əliyevin fəaliyyətini əks
etdirən təqdimatları elektron variantda hazırlamış,
sürətli İnternet yazı müsabiqələrində fəal iştirak
etmiş və informatika fənni üzrə təşkil olunmuş
viktorinaların qalibi olmuşlar.
Təhsildə əldə etdiyimiz nailiyyətləri daha da artırmaq
pedaqoji kollektivimizin qarşısında duran əsas
məqsədlərdəndir. Biz yeni-yeni nailiyyətlərə doğru
addımlayırıq və hər bir uğurumuza görə dövlət
başçısına minnətdarıq.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə təhsil işçilərini təbrik edirəm.
Qarşıdan gələn 2014-cü ilin möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında Azərbaycana yeni-yeni
uğurlar gətirməsini arzu edirəm.
Aygün
ƏHMƏDLİ,
Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin direktoru,
əməkdar müəllim
2013-cü il Azərbaycan təhsilində bir çox taleyüklü
məsələlərin çözümü ilə yadda qalıb. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilib.
2013-cü ildə "Zəkalar" liseyi "Ən yaxşı ümumtəhsil
məktəbi", liseyin ibtidai sinif müəllimi Təranə Muradova
isə "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi seçilib.
Liseyimiz yarandıgı gündən bu günə kimi tələbə qəbulu
üzrə orta statistik abituriyent balına (keyfiyyət
faizinə ) görə Bakı şəhərində 10 ən yaxşı məktəb
sırasında yer alıb.
2013-cü ildə olimpiadaların respublika turunda 2
şagirdimiz riyaziyyat və fizika fənni üzrə III yerə, 1
şagirdimiz isə kimya fənni üzrə IV yerə layiq görülüb.
2013-cü il dekabrın 6-da keçirilən respublika
olimpiadasının şəhər (rayon) mərhələsində 14-16 yaşlı
iştirakçılar 3 fənn- riyaziyyat, kimya və fizika üzrə
yarışa qatılmışdı. Olimpiadada Bakı şəhərindəki təhsil
ocaqlarını təmsil edən 30 şagirddən 10-u rəhbərlik
etdiyim 287 nömrəli "Zəkalar" liseyinin yetirməsi idi.
Onlardan 6 nəfəri olimpiadanın I, II, III yerlərinə
layiq görülərək diplomlarla, qiymətli hədiyyələrlə
təltif olundu.
2013- cü il TQDK-nın nəticələrinə görə də bizim üçün
uğurlu il olub. 9-cu siniflərin buraxılış imtahanlarının
nəticələrinə görə TQDK-nın reytinq cədvəlində liseyimiz
III yeri tutub. Tam orta məktəbi bu il bitirən 58
məzunumuzdan 12 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən
çox bal toplayaraq tələbə adını qazanıb. Daha bir
məzunumuz 685 balla Azərbaycan Tibb Universitetinə
daxil olaraq Prezident təqaüdünə layiq görülüb.
Qabaqcıl iş təcrübələrini öyrənmək, müəllimlərin
peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə liseyimizdə
bir çox kurslar- "İntel", "Gələcək üçün təhsil", "Smart
ilə tədris" və s. təşkil etmişik.
Milli sərvətimiz olan istedadlı uşaqların üzə
çıxarılaraq onların yaradıcılıq imkanlarının inkişaf
etdirilməsi baxımından fənn olimpiadalarının və
liseyimizdə fəaliyyət göstərən "Şagird Elm
Cəmiyyəti"nin (ŞEC) rolu çox böyükdür. Bu məqsədlə
liseydə "İstedadlı uşaqlar" bankı da yaratmışıq. Hər il
şagirdlər arasında keçirilən "Məntiq olimpiadası"
yarışında qalib gələnlərin adları həmin "İstedadlı
uşaqlar" bankına daxil edilir. 2013-cü ilin yanvar
ayından Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "İstedadlar
hazırlığı laboratoriyası" layihəsini də liseyimizdə
uğurla həyata keçiririk.
Artıq qarşılamağa hazırlaşdığımız 2014-cü ildə
körpələrimizə günəşli səma, gənclərimizə dünya elminin
ən uca pilləsindən Azərbaycanı təmsil etməyi, Azərbaycan
təhsilinə isə daha yüksək zirvələrə qalxmağı arzu
edirəm. Bu yolda bir təhsil işçisi kimi mən də əlimdən
gələn köməyi əsirgəməyəcəyəm.
Kəmalə
BƏDƏLOVA,
Bakının Nərimanov rayonundakı MLK-nın direktor müavini
2014-ci ilin astanasındayıq. Desəm ki, 2013-cü il mənim
üçün ən əlamətdar il olub, yanılmaram. Çünki pedaqoji
fəaliyyətim dövründə məhz bu il mənə ən böyük
xoşbəxtlik nəsib olub: Azərbaycan müəllimlərinin XIV
qurultayında iştirak etmək, həm də məruzə ilə mötəbər
sədarət və bütün Azərbaycan müəllimləri qarşısında çıxış
etmək, təlim-tərbiyə verdiyim şagirdlərdən xoş sözlər
eşitmək, işlədiyim kollektivin üzvlərindən səmimi
alqışlar qəbul etmək.
Elə bilirəm ki, üzümüzə gələn yeni il xalqımıza
firavanlıq, əmin-amanlıq gətirməkdən əlavə, təhsilimizdə
yeni uğurların qazanılması ili olacaqdır. Yeni ildə
hədəflərim: Dövlət Strategiyasında nəzərdə tutulan
müddəaların həyata keçirilməsində, müəllimlərin
elmi-metodiki yaradıcılığına istiqamət verən, onlara
dəstək verən təlim mərkəzlərində yaxından iştirak etmək,
çoxminli Azərbaycan müəllimlərinin çox hörmətli
Prezidentimiz cənab İlham Əliyevin siyasətinin həyata
keçirilməsinə, hər bir müəllimin tədris etdiyi fənnin
proqramının tam mənimsədilməsi, optimal yolları seçməklə
təhsilin keyfiyyətinin artırılması istiqamətində öz
töhfəmi vermək, şagirdlərin biliyinin və dünyagörüşünün
artırılması istiqamətində kollektivimizdə görülən işlərə
dəstək olmaq, pedaqoji fəaliyyətə yenicə başlamış
gənclərlə səmərəli, məqsədyönlü işin aparılmasının
təşkilatçısı olmaq, inklüziv təhsilin həyata keçirilməsi
isitqamətində yeni metodiki işləmələrdə fəal iştirak
etmək, şagirdlərimizin təfəkkürünü, məntiqini inkişaf
etdirmək məqsədilə metodiki işləmələr hazırlamaqdır.
İnanıram ki, pedaqoji kollektivimiz bu işlərdə mənə
dəstək olacaq, bu mühüm işlərin həyata keçirilməsində
əlindən gələni əsirgəməyəcək.
Nərminə
QARAGÖZOVA,
Bakıdakı 18 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
1957-ildə Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
filologiya fakültəsini bitirmişəm.1991-ci ildən M.Müşfiq
adına 18 nömrəli tam orta məktəbdə ibtidai sinif
müəllimi işləyirəm.
Bu illər ərzində pedaqoji sahədə uğurlarım az olmayıb.
1999-cu ildə Norveç Qaçqınlar Şurasının təşkil etdiyi
insan hüquqlarının ümumtəhsil məktəblərində tədrisi ilə
bağlı keçirilmiş seminarın iştirakçısı olmuş,
2008-2009-cu tədris ilində yeni fənn kurikulumlarının
tətbiqi sahəsində təlim kursu üzrə, 2009-2010-cu tədris
ilində isə "öyrənənləri öyrədən" kursu üzrə
sertifikatlar almışam. 2011-ci ildə "İnnovasiya, Mimio"
kurslarında iştirak və "İrs" məşğələlərini kurikulum
əsasında fəal təşkil etdiyimə görə sertifikatlarla
təltif olunmuşam. 2002-ci ildə pedaqoji mühazirələrin
şəhər turunda II yerə, respublika turunda I yerə çıxmış
və Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq
görülmüşəm. 2009-2010-cu tədris ilində "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olmuşam.
Artıq başa vurmaqda olduğumuz 2013-cü ili isə
həyatımda ən uğurlu il hesab edirəm. Bu il pedaqoji
sahədə çoxillik fəaliyyətim yüksək qiymətləndirilmiş və
möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müvafiq
sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq
görülmüşəm. Əməyimə verilən yüksək qiymətə görə ölkə
rəhbərinə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad
məni daha da fəal olmağa, pedaqoji sahədə qazandığım
uğurları birə-beş artırmağa ruhlandıracaq.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il münasibətilə bütün təhsil işçilərini ürəkdən
təbrik edir, hər birinə şəxsi həyatlarında cansağlığı,
çalışdıqları şərəfli peşələrində uğurlar arzulayıram.
üseyn
ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin müəllimi, əməkdar müəllim
1979-cu ilin sentyabr ayından bu günə kimi fasiləsiz
olaraq müəllim işləyirəm. Müxtəlif illərdə şəxsi və
karyera həyatımda uğurlar, yaddaqalan hadisələr çox
olmuşdur. Lakin 2013-cü ili ömrümün ən fərəhli
illərindən biri hesab edirəm. Gündoğanı ilə günbatanı
arasındakı məsafəsi bir göz qırpımı olan ömrün illərinin
hamısı, etiraf edim ki, hər zaman bu qədər məhsuldar
olmamışdır. 2013-cü il mənim şəxsi və karyera həyatımda
bir-birindən xoş sürprizləri ilə əlamətdar olmuşdur.
Bunların bəziləri şəxsi və ya ailədaxili, bəziləri isə
müəllim fəaliyyətimlə bağlıdır. İlin gedişinə nəzər
salsam, aşağıdakıları fərqləndirə bilərəm:
Mart ayında anadan olmağımın 55 illiyi tamam olub. Ali
məktəblərə qəbul olmaq məqsədilə imtahanlara hazırlaşan
bütün şagirdlərim uğurla imtahan verərək tələbə adı
qazandılar. Ali məktəbə qəbul sevincini ailəmiz də
yaşadı - kiçik oğlum Cavid müvəffəqiyyətlə imtahan verib
Azərbaycan Diplomatik Akademiyasına qəbul olundu.
Yaz-yay aylarında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasının
Azərbaycan dili və ədəbiyyat dərslikləri üzrə eksperti
kimi fəaliyyət göstərmişəm. Avqust ayında ümumi orta
təhsil səviyyəsi üzrə 6-cı siniflərdə dərs deyəcək
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin kurikulum
əsaslı dərsliklərlə işləməyə hazırlanması məqsədilə
Qəbələ şəhərində və Bakıdakı 220 nömrəli məktəblərdə
təlimçi-müəllim kimi müəllim hazırlığı ilə məşğul
olmuşam. Hazırda Avropa Azərbaycan Məktəbində və
Xırdalan şəhər 6 nömrəli tam orta məktəbində müəllim
kimi fəaliyyətimi davam etdirirəm.
2013-cü ildə elmi-metodik və bədii yaradıcılığımı da
davam etdirmişəm. "Azərbaycan müəllimi", "Xalq qəzeti",
"Kaspi" və s. qəzetlərdə çap olunmuş məqalələrim bu
qəbildəndir. Uşaqlar üçün yazdığım "Torpaq, bayraq, bir
də sevgi nağılı" adlı mənzum kitabım hazırda çap
ərəfəsindədir.
Mənim üçün ən böyük hadisə isə oktyabrda olub. Möhtərəm
Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" adına
layiq görülmüşəm. Müəllim üçün ən yüksək ada layiq
görülməyimi təkcə öz işimə deyil, bütövlükdə mənə dərs
demiş fədakar müəllimlərimin və bu günədək işlədiyim
bütün məktəblərdə vicdanla çalışan təhsil işçilərinin
əməyinə verilən qiymət hesab edirəm. Məni bu ada layiq
gördüyü üçün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə, uğuruma sevinən hər kəsə ürəkdən
təşəkkürümü bildirirəm. Bilirəm ki, hər bir yüksək ad
daha şərəfli əməyin başlanğıcı üçün stimul verir.
Çalışacağam ki, göstərilən etimadı işimlə doğruldum,
Təhsil Strategiyasından və müəllimlərin XIV qurultayının
qərarlarından irəli gələn vəzifələrin həyata
keçirilməsində yaxından iştirak edim.
İlqar
ABDULLAYEV,
Bakıdakı 301 nömrəli tam orta məktəbin tarix müəllimi
Müəllim işlədiyim ilk gündən unudulmaz şairimiz
Bəxtiyar Vahabzadənin "Şagird şamdır, gəlin onu
yandıraq" misrası mənim devizim olub. Həmişə səy
göstərirəm ki, şagirdlərimin qəlbində tədris etdiyim
fənnə sevgi, məhəbbət şamı yandıra bilim.
Yola salacağımız 2013-cü il mənim üçün kifayət qədər
uğurlu il oldu.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90
illiyi ilə əlaqədar 2013-cü ildə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "Təhsildə innovativ metoddan istifadənin rolu
və əhəmiyyəti" mövzusunda müsabiqənin qalibi oldum.
"Ən yaxşı müəllim" müsabiqəsinin də qalibi seçildim.
Yeri gəlmişkən deyim ki, müsabiqə çox şəffaf və ədalətli
keçirildi. Üç mərhələdən ibarət müsabiqənin hər üç
mərhələsini uğurla keçdim və kifayət qədər yüksək bal
toplayaraq qaliblər sırasına düşdüm. Möhtərəm
Prezidentimizin məlum sərəncamı ilə keçirilən müsabiqəni
müəllimlərin əməyini stimullaşdırmaq üçün ən yaxşı
vasitə hesab edirəm. Son altı ildə müsabiqədə altı yüz
müəllim qalib adına layiq görülərək Prezident sərəncamı
ilə yüksək məbləğdə pul mükafatları almışdır. Bu isə
müəllim əməyinə verilən böyük qiymətdir.
İlin sonunda keçirilən respublika müəllimlərinin XIV
qurultayının iştirakçısı oldum.
Aspirantı olduğum BDU-nun tarix fakültəsində minimumları
uğurla verərək üzərində işlədiyim dissertasiyamın
müdafiəsinə bir addım da yaxınlaşdım.
İlk övladım Heydər qəbul imtahanlarını uğurla verdi və
qardaş Türkiyənin M.K.Atatürk adına Ərzurum Dövlət
Universitetinin tələbəsi oldu.
Dərs dediyim şagirdim Nərmin Mirzəzadə tarix fənni üzrə
olimpiadanın II turuna vəsiqə qazandı.
Qarşıdan gələn yeni- 2014-cü ildə arzularım, hədəflərim
çoxdur. Ən ümdə arzum budur ki, doğma Qarabağımızı
işğalçıların caynağından qurtaraq. Arzu edirəm ki,
Azərbaycan təhsilinin səviyyəsini daha da zirvələrə
qaldıraq. Qoy Azərbaycan təhsilinin sorağı dünyanın hər
yerindən gəlsin.
Gələcəyinə inandığım şagirdim Kənan Osmanov 2014-cü ildə
öz hədəfinə çatsın, olimpiadanın respublika turunun
qalibi olmağı bacarsın.
Üzərində işlədiyim dissertasiyamı uğurla müdafiə edib
tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi qazanım.
Cənab nazirimiz başda olmaqla Azərbaycan təhsilini
təmsil edənlərin hamısına 2014-cü ildə sağlamlıq və
uğurlar arzu edirəm.
2013-cü ildə istifadəyə verilmiş təhsil müəssisələri
|