Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Cənubi Koreya səfirliyinin nümayəndəsi NDU-da olub

 

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Cha Chang-soon Naxçıvan Dövlət Universitetində olub. Diplomatik nümayəndə universitetin strukturu, beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə yaxından tanış olub. Məlumat verilib ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanıb. Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı Canq Second tədris  edir.        

Görüşdə NDU-nun rektoru, professor Saleh Məhərrəmov qonağı salamlayaraq universitetin inkişaf yolu, maddi-texniki bazası və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, bu ali məktəb dünyanın 80-dən  çox tanınmış universiteti ilə, o cümlədən Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlığa malikdir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasında "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi həyata keçirilməkdədir. Koreyanın ali təhsil ocaqları ilə əlaqələrin inkişafı Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbə mobilliyinə əsasən universitetlər arasında tələbə mübadiləsi uğurla həyata keçirilir.

Cha Chang-soon ölkələrarası münasibətlərin inkişafından, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindan bəhs edib. Bildirilib ki, səfirlik əlaqələrin davamlı inkişafı üçün öz köməkliyini əsirgəməyəcək.

Görüşdə "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsinin gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran növbəti vəzifələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, işgüzar səfərlər, tələbə mübadiləsi və digər müştərək tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Cha Chang-soon universitetdə təhsil alan koreyalı tələbələrlə görüşüb. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov