Sumqayıt Dövlət Universitetində tələbələrin IX elmi
konfransı keçirildi. Konfransın plenar iclasında çıxış
edən universitetin prorektoru, dosent Nizami Namazov
bildirdi ki, 2005-ci ildən etibarən hər il SDU-da
tələbələrin elmi konfransları keçirilir və bu, sayca
doqquzuncu konfransdır. Prorektor vurğuladı ki, əgər
2005-ci ildə konfransın məruzəçilərinin sayı 239 idisə,
bu il 568-ə çatıb. Konfrans öz işini 11 bölmədə davam
etdirəcək. Təqdim olunmuş məruzələrin tezisləri kitab
halında çap olunacaq. Konfransın işində fərqlənən
tələbələr respublika və beynəlxalq konfranslarda iştirak
edəcək.
Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev
bildirdi ki, bu cür konfranslar tələbələri elmi
fəaliyyətə cəlb edir, stimullaşdırıcı amilə çevrilir.
Daha sonra riyaziyyat fakültəsinin tələbəsi Əlfiyat
Mehdiyevanın, filologiya fakültəsinin tələbəsi Saməddin
Qəmbərovun çıxışları dinlənildi.
İclasın sonunda Tələbə Elmi Cəmiyyətinin sədri və
təşkilat komitəsinin məsul katibi Turqay Hüseynov bölmə
iclasları barədə məlumat verdi.
Qeyd edək ki, üç gün davam edəcək konfransa dekabrın
28-də yekun vurulacaq.
Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti |