Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Təhsil naziri Gəncə şəhərində yeni məktəblərin açılışında iştirak edib

 

Böyütmək üçün şəkili seçinDekabrın 26-da təhsil naziri Mikayıl Cabbarov Gəncə şəhərində yeni inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin açılış mərasimlərində iştirak edib.

Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 16 nömrəli tam orta məktəbdə ibtidai siniflər üçün 500 şagird yerlik əlavə tədris korpusu inşa edilib. Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzi üçün yeni bina inşa olunub, müəssisədə uşaqların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq potensialının inkişafı üçün müvafiq şərait yaradılıb.

Açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Asəf Hacıyev, Xanlar Fətiyev, Musa Quliyev, təhsil işçiləri, şagirdlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimlərində çıxış edən təhsil naziri Mikayıl Cabbarov müəssisələrdə yaradılmış şəraitin təhsilalanları yeni tədris mühiti ilə əhatə edəcəyini və bunun da məktəblərin nəticələrinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb. Nazir şagirdlərin təhsil nailiyyətləri ilə yanaşı, onların məktəbdənkənar müəssisələrə cəlb olunması baxımından yeni inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin müsbət rol oynayacağına ümidvar olduğunu söyləyib.

Tədbirlərdə iştirak edən digər qonaqlar da çıxışlarında tədris ocaqlarının pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzulayıblar.

Sonra isə qonaqlar təhsil müəssisələrinin açılışını bildirən qırmızı lenti kəsib və məktəblərdə yaradılmış şəraitlə tanış olublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov