Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində tədris ədəbiyyatının nəşrə planlaşdırılması və hazırlanması qaydalarına dair Təlimat" qüvvədən düşmüş hesab edilsin.

3. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş məsələləri (kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, təhsil proqramları, tədris resursları arasında sağlam rəqabətin stimullaşdırılması və s.) diqqət mərkəzində saxlasın və Qaydalara düzgün əməl olunmasını təmin etsin.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.  

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

23 dekabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov