"İdeal Gələcək" Gənclər İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
dəstəyi ilə reallaşdırdığı "Fəal gənclər, fəal cəmiyyət"
layihəsi çərçivəsində Mingəçevir şəhərində təlimlər
keçirib.
Debat xarakterli toplantılarda iştirakçılar Azərbaycanın
dövlət gənclər siyasətinin əsas istiqamətləri ilə tanış
olmuş, həmçinin gənclərin hüquq və vəzifələri haqqında
ətraflı məlumat alıblar.
Layihə ölkəmizdə gənclər siyasəti sahəsində qəbul edilən
qanunların, normativ-hüquqi aktların, dövlət
proqramlarının səmərəli tətbiqi vəziyyətini və bu
qanunlarla bağlı gənclərin bilik səviyyəsini öyrənmək
məqsədi ilə həyata keçirilir. Gəncləri düşündürən,
narahat edən problemləri üzə çıxarmaq, habelə
azərbaycançılıq ideyasının cəmiyyətdə təbliğinə yardım
etmək də layihənin hədəflərindəndir. |