Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Gələn ilin yanvarında Astarada yeni təhsil layihəsinə start veriləcək

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunmuş "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi" çərçivəsində "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin təqdim etdiyi "Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması" layihəsi qalib elan edildi. Layihənin əsas məqsədi Astara rayonunda fəaliyyət göstərən 16 məktəbəqədər təhsil müəssisəsində çalışan 164 nəfər tərbiyəçi müəllimin İKT-nin tətbiqi ilə müasir təlim metodlarına dair yeni bilik və bacarıqlara yiyələnməsinə yardımçı olmaqdan ibarətdir. Bunun üçün hər qrupda 23  nəfər olmaqla 7 qrup yaradılacaq. Hər  bir qrup iştirakçısı 10 gün olmaqla interaktiv təlimlərə cəlb olunacaq. Onlara  İKT-nin təhsilə tətbiqi, yeni tədris üsulları, dərs resurslarının və fəal dərs nümunələrinin hazırlanması tədris olunacaq. Təlimin sonunda hər bir tərbiyəçi müəllim azyaşlı uşaqlar üçün hazırladığı resursları və fəal dərs nümunələrini təqdim edərək qiymətləndiriləcək.

Layihənin icrasına 2014-cü ilin yanvar ayında start veriləcək və 3 ay davam edəcək. Layihənin gedişi haqqında mütəmadi olaraq məlumat veriləcək. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunduğu bir vaxtda ictimai təşəbbüslərə önəm verib dəstəklədiyinə görə cənab nazir Mikayıl Cabbarova öz dərin təşəkkürümüzü bildiririk. 

Rövşən BAĞIROV,
Astara rayon Maşxan kənd tam orta məktəbinin tarix müəllimi,
layihənin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov