Dekabrın 16-da T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət
mərkəzində uşaq və gənclərin əl işlərinin respublika
müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 3
sentyabr 2013-cü il tarixli, 797 nömrəli əmri ilə
istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların
yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq və
gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb
olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə
mübadiləsinin təşkili məqsədilə keçirilmiş müsabiqədə
uşaq yaradıcılıq mərkəzlərinin 6-18 yaşlı dərnək üzvləri
iştirak ediblər.
Dekorativ tətbiqi sənət (tikmə, milli tik
mə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii
oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm,
aplikasiya, kağızdan bədii konstruksiya-oriqami, metal
üzərində oyma, muncuqla işləmə), dizayn (biçmə-tikmə,
paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin
interyeri, məhsul nişanı) və floristika-nəbatat aləmi
(müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii
məhsullardan ekibana, kompozisiya hazırlanması)
nominasiyaları üzrə təşkil edilmiş müsabiqənin
rayon-şəhər mərhələsində hər yaradıcılıq növündə I və II
yerə layiq görülmüş əl işləri respublika mərhələsində
iştirak etmək hüququ qazanıb. Müsabiqəyə təqdim olunmuş
800-dən çox əl işindən 556-sı T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və
tətbiqi sənət mərkəzində təşkil olunmuş sərgidə nümayiş
etdirilib.
Respublika mərhələsində hər növ üzrə I, II və III
yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən
diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qaliblərin mükafatlandırılması mərasimində Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş
şöbəsinin müdiri Ağababa İbrahimov, İnformasiya
şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət
Valehov, uşaq yaradıcılıq mərkəzlərinin direktorları və
ictimaiyyətin nümayəndələri iştirak ediblər. |