Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Naxçıvan Dövlət Universitetində layihə çərçivəsində növbəti təlim kursu

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib. UNİCHECK MMC-nin təchizatçılığı ilə "Su ehtiyatlarının inteqrasiyalı idarə olunması" üzrə təlim kursunun açılış mərasimində rektor, professor Saleh Məhərrəmov çıxış edərək NDU-da müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor təlim kurslarının təşkilini muxtar respublika rəhbərliyinin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına  növbəti qayğısı kimi qiymətləndirib.

Ekspert təlimçi, UNİCHECK  MMC-nin icraçı direktoru Aytən Poladova, su ehtiyatları mühəndisi, hidroloq Dr.Laszo İritz çıxışlarında bu sahədə olan dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat veriblər.

İngilis dilində keçiriləcək təlim kursu 6 gün davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov