Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılışı olub

 

Böyütmək üçün şəkili seçinDekabrın 13-də 132-134 nömrəli təhsil kompleksində Təhsil Nazirliyi və "Samsung Electronics" şirkətinin dəstəyi ilə "Samsung Smart School" proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəsi xanım Kim İn-suk, "Samsung Electronics" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan iştirak ediblər.

Qeyd edək ki, 132-134 nömrəli təhsil kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printerlə təchiz olunub.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından Koreya hökumətinə, Koreyanın Azərbaycandakı səfirliyinə və "Samsung Electronics" şirkətinə təşəkkür edib. Elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılmasını yüksək dəyərləndirən nazir müavini korporativ sosial məsuliyyətə xüsusi önəm verən "Samsung Electronics" şirkətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.

C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir.

Ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayının ölkə üzrə 100000 nəfərdən çox olduğunu söyləyən nazir müavini bildirib ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərindəndir. Bu baxımdan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin İnternetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və "Samsung Electronics" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan "Samsung Smart School" proqramının əhəmiyyətindən söhbət açıb, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov