Dekabrın
19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik yubileyinə həsr olunmuş
təntənəli mərasim keçirilib.
Yubiley mərasimində Azərbaycan Respublikası Baş
nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan
Respublikası Milli Məclisi sədrinin birinci müavini
Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi
sədrinin müavini Bahar Muradova, Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov,
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin
Əfəndiyev və digər ali məktəb rektorları iştirak ediblər.
İlk öncə ADMİU-nun 90 illik yubileyinin keçirilməsi və
universitet əməkdaşlarına fəxri adların verilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamları oxunub.
ADMİU-nun rektoru Timuçin Əfəndiyev mərasim
iştirakçılarını salamlayıb və rəhbərlik etdiyi ali
məktəbin 90 illik yubileyinin təşkilində əməyi olan hər
kəsə təşəkkürlərini çatdırıb.
Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov 90 illik
yubiley münasibəti ilə ADMİU-nun kollektivini təbrik
edib, təhsil müəssisəsinin daha böyük uğurlar
qazanacağına əminliyini bildirib.
Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə təltif olunmuş və Təhsil Nazirliyinin
Fəxri fərmanına, eləcə də "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş
universitet əməkdaşlarını təbrik edib.
Yubiley münasibəti ilə təbriklərini çatdıran mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev ADMİU-nun
səmərəli fəaliyyəti sayəsində ölkəmizin mədəniyyət
müəssisələri üçün ixtisaslı mütəxəssislərin
hazırlandığını nəzərə çatdırıb.
Sonra çıxış edən Avropa İncəsənət Universitetləri
Liqasının (ELİA) baş direktorunun müavini Şelte van
Ruyten, Moskva Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru Tatyana Kuznetsova, Türkiyənin
Harran Universitetinin rektoru İbrahim Xəlil Mutlu,
Gürcüstan İncəsənət Universitetinin rektoru Levon
Xetakuri, Bakı Dövlət Universitetinin rektoru Abel
Məhərrəmov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ömər Eldarov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclis
sədrinin birinci müavini Ziyafət Əsgərov və Bakı Ali
Neft Məktəbinin rektoru Elmar Qasımov ADMİU-nun
kollektivini təbrik edib, təhsil müəssisəsinə gələcək
fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Sonda ADMİU-nun kollektivi adından ölkə Prezidenti cənab
İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Daha sonra isə yubiley mərasimi bədii hissə ilə davam
etdirilib. |