"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda qeyd olunan hədəflərə dair
kütləvi informasiya vasitələrində bəzən əsassız
yanaşmalara və fikirlərə rast gəlinir.
Bu isə ictimaiyyətdə çaşqınlığa səbəb olur və yanlış
fikirlərin formalaşmasına gətirib çıxarır.
Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil
üzrə qəbul planının ləğv edilməsi məsələsi bəzi mətbuat
orqanlarında yanlış olaraq ali məktəblərdə ödənişli
təhsilin ləğv edilməsi kimi əks olunub. Əslində isə
Təhsil Nazirliyinin saytında, həm də facebook
səhifəsində yerləşdirilmiş Dövlət Strategiyasının
elektron versiyasında və təhsil naziri Mikayıl
Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayındakı
çıxışında da qeyd olunan məsələ ilə bağlı məqamlar öz
əksini tapıb. Həmin müddəa, həmçinin Dövlət
Strategiyasında qeyd olunduğu kimi, ali təhsil
müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv
edilməsi ilə bağlıdır. Qeyd olunan məsələni həll etməklə
təhsil müəssisələrində sağlam rəqabətin
formalaşdırılmasına, ali təhsil müəssisələrinin illik
büdcəsinin kifayət qədər artmasına nail olmaq mümkündür.
Adambaşına maliyyələşmə prinsipini tətbiq etməklə, ilk
olaraq vəsait tələbənin seçiminə görə ali təhsil
müəssisələrinə yönəldilir. Bununla da ali təhsil
müəssisələrinin maddi vəziyyəti əhəmiyyətli dərəcədə
yaxşılaşır. Həmin təhsil müəssisələrində tələbələrin
sayı artır.
Lakin bir sıra ali təhsil müəssisələrində isə qəbul
faizi tam ödənilmir. Qəbul planı tətbiq edilən zaman
maksimal qəbul həddi müəyyənləşmədiyindən belə
müəssisələrdə rəqabət mühiti yaranmır. Ödənişli təhsil
üzrə qəbul planının ləğv olunması nəticəsində ali təhsil
müəssisəsi imkanlarını - maddi-texniki bazasını və
elmi-pedaqoji kadr potensialını nəzərə alaraq, tələbə
qəbul edə biləcək. Bu da o zaman baş verir ki, ödənişli
qəbulla bağlı qoyulmuş plan sayı aradan qaldırılır. |