M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
dünyanın dinamik inkişaf edən ölkələrin 10 ən
yaxşı universitetləri siyahısına düşüb.
"Uçitelskaya qazeta"nın yazdığına görə, bunu
Böyük Britaniyanın "Times Higher Education"
şirkətinin BRICS & Emerging Economies təşkilatı
ilə birgə apardığı tədqiqatların nəticələri
söyləməyə əsas verir.
Reytinq cədvəlinə Çinin Pekin Universiteti
başçılıq edir. Bu ali məktəb "Times Higher
Education"un reytinq qiymətləndirməsində 100
mümkün baldan 65 bal toplayıb. İkinci yeri daha
bir Çin ali məktəbi, Sinxua Universiteti
qazanıb. O, 63,3 bal toplayıb. Üçüncü yerdə
50,5 balla Cənubi Afrika Respublikasının
Keyptaun Universiteti qərarlaşıb. BRICS
ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin,
CAR) siyahısında MDU-dan başqa Sankt-Peterburq
Dövlət Universiteti də yer əldə edib. Bu
universitet 23,7 balla 67-ci yerdə qərarlaşıb.
Diqqətəlayiq haldır ki, 10 ən yaxşı universitet
arasında Türkiyənin 3 universiteti - Boğaziçi
Universiteti (5-ci yer- 44,3 bal), İstanbul
Texnik Universiteti (7-ci yer-42,7 bal) və Orta
Doğu Texnik Universiteti (9-cu yer - 41,5 bal)
təmsil olunur.
"Times Higher Education" şirkəti BRICS &
Emerging Economies təşkilatı ilə ilk dəfədir
ki, bu cür reytinq təşkil edir.
Bu reytinq də "Times Higher Education World
University Rankings"in metodologiyasına
əsaslanır. Bu metoda əsasən universitetlərin
akademik uğurları 13 parametr üzrə 5
kateqoriyada - təhsil, tədqiqatçılıq fəaliyyəti,
elmi əsərlərdən sitatgətirmə, gəlir və
beynəlxalq aləmdə tutduğu yerə görə
qiymətləndirilir. |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) dekabrın 4-də şagird nailiyyətlərinin
beynəlxalq qiymətləndirilməsi (PISA) üzrə
növbəti hesabatını açıqlayıb. 2000-ci ildən
başlayaraq hər 3 ildən bir keçirilən PISA
qiymətləndirməsində dünyanın 65 ölkəsindən 15
yaşlı 510 min şagird iştirak edib. Tədqiqata
məhz 15 yaşlı uşaqların cəlb olunmasının əsas
səbəbi onunla izah olunur ki, bir sıra ölkələrdə
bu yaş dövründə məktəblərdə icbari təhsil başa
çatır və müxtəlif ölkələrin təhsil
proqramlarında ümumi cəhətlər çoxdur. Qeyd
edək ki, PISA tədqiqatlarında şagirdlərin
riyaziyyat, oxu və təbiət elmləri sahəsində
qabiliyyətləri qiymətləndirilir. Bir sıra
ölkələrin təhsil sistemlərinin vəziyyətini əks
etdirən qiymətləndirməyə Asiya regionu ölkələri
başçılıq edir.
Kateqoriyalar üzrə ilk onluqda təmsil olunan
ölkələr və onların topladıqları ballar aşağıdakı
kimidir:
Riyaziyyat üzrə:
1. Şanxay (Çin) - 613; 2. Sinqapur - 573; 3.
Honkonq (Çin) - 561; 4. Çin (Taybey)-566;
5.Cənubi Koreya - 554; 6. Makao (Çin)-538;
7.Yaponiya - 536; 8. Lixtenşteyn - 535; 9.
İsveçrə-531; 10. Hollandiya - 523.
Oxu üzrə:
1.Şanxay-(Çin)- 570; 2. Honkonq (Çin) - 545; 3.
Sinqapur- 542; 4. Yaponiya- 538; 5. Cənubi
Koreya -536; 6. Finlandiya - 524; 7. Çin-
Taybey-İrlandiya -Kanada - 523; 8. Polşa- 518;
9. Lixtenşteyn-Estoniya - 516; 10. Avstraliya -
Yeni Zelandiya- 512.
Təbiət elmləri üzrə: 1. Şanxay (Çin)- 580; 2.
Honkonq-Çin- 555; 3. Sinqapur - 551; 4.
Yaponiya - 547; 5. Finlandiya -545; 6. Estoniya
- 541; 7.Cənubi Koreya - 538; 8.Vyetnam- 538; 9.
Polşa -526; 10. Kanada və Lixtenşteyn- 525.
Qeyd edək ki, PISA proqramının məqsədi 15 yaşlı
uşaqların məktəbdə qazandıqları biliklərin və
əldə etdikləri bacarıqların insan həyatının
müxtəlif sahələrində, ünsiyyət və sosial
münasibətlərdə həyati əhəmiyyətli vəzifələrin
tətbiqi qabiliyyətinin yoxlanılmasıdır.
PISA (Programme for International Student
Assessment) - şagirdlərin təhsil
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
beynəlxalq proqramdır. Bu proqram dünyanın
müxtəlif ölkələrində məktəblilərin savadını və
əldə etdikləri biliklərin praktikada tətbiq
olunmasını qiymətləndirən testdir. |
Britaniyada xarici dilin öyrənilməsi icbari
olacaq
Britaniya Şurasının apardığı tədqiqatların
nəticələri göstərib ki, yaşlı britaniyalıların
3/4-ü xarici dildə danışa bilmir. Hesabatda
qeyd olunur ki, yaşlı əhalinin yalnız 1/4-i
ingilis dilindən başqa digər xarici dildə
elementar danışıq vərdişlərinə malikdir. Ölkədə
ən çox yayılmış xarici dil fransız dilidir.
Əhalinin yalnız 15 faizi bu dildə, 1/20-i alman
dilində danışa bilir. Digər zəruri dillər, Çin,
ərəb və ya yapon dilləri ingilisdilli əhalinin
əksəriyyəti üçün yaddır. Tədqiqatlar göstərib
ki, məktəblilər Avropanın digər istənilən
ölkəsinə nisbətən xarici dildə nadir hallarda
danışırlar. Artıq gələn ildən başlayaraq xarici
dilin öyrənilməsi 7-14 yaşlı şagirdlər üçün
icbari olacaq. |