Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Salyan rayonunda daha bir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

 

Salyan rayonunun Dayıkənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, ötən əsrin 80-ci illərində inşa olunmuş məktəbdə təmir, bərpa və gücləndirmə işlərinə bu ilin əvvəllərində başlanılmışdır. Ümumilikdə 57 müəllimin çalışdığı, 375 məktəblinin təhsil aldığı 460 şagird yerlik bina 22 sinif otağından, fənn kabinetlərindən, laboratoriya, akt və idman zallarından, kitabxanadan, kompüter otağından ibarətdir.

Açılış mərasimində çıxış edənlər sakinləri, məktəbin pedaqoji kollektivini təbrik etmişlər. Ölkədə təhsilə, elmə dövlət qayğısından danışan natiqlər son illərdə rayonda 16 yeni məktəb binasının istifadəyə verilməsini, uşaq bağçaları və digər təhsil ocaqlarının inşasını bunun bariz nümunəsi kimi səciyyələndirmişlər.

Prezident İlham Əliyevin Salyana səfəri zamanı verdiyi tapşırıqlara əsasən rayonda həyata keçirilən infrastruktur layihələr sırasında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin mühüm yer tutduğu diqqətə çatdırılmışdır. Təkcə son bir ildə "Plasmas" yaşayış massivində 640, Boranıkənddə 220, Qarabağlıda 480, Yolüstüdə 360, Quyuçu kəndində isə 80 şagird yerlik məktəblərin inşa olunduğu, 8 nömrəli şəhər məktəbinin isə əsaslı təmir edildiyi bildirilmişdir. Hazırda bir məktəbdə 160 şagird yerlik əlavə korpusun, Peyk kəndində isə 220 yerlik yeni məktəbin tikildiyi qeyd edilmişdir.

Sakinlər xalqımızın gələcəyi olan uşaqların təhsilinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Sonda mərasim iştirakçıları yeni avadanlıqla təchiz edilən məktəb binasında yaradılan şəraitlə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov