Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Bakı Slavyan Universitetinin "Səfir saatı" klubunda növbəti görüş

 

Dekabrın 6-da Azərbaycanın İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedəki səfiri Tamerlan Qarayev Bakı Slavyan Universitetinin (BSU) "Səfir saatı" klubunun qonağı olmuşdur.

BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri görüşdə bu ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev T.Qarayevin diplomatik fəaliyyətindən danışmışdır. O, tələbələrin xarici ölkələrin səfirləri ilə yanaşı, Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirləri ilə görüşlərinin faydalı olduğunu vurğulamışdır.

Səfir dəvətə görə minnətdarlığını bildirmişdir. Qonaq indiyədək fəaliyyət göstərdiyi Çin, Hindistan, Banqladeş, Maldiv adaları, İndoneziya, Filippin, Sinqapur, Timor-Leste və digər ölkələrlə bağlı təəssüratlarından, həmin ölkələrlə Azərbaycan arasındakı çoxşaxəli əlaqələrdən geniş söhbət açmışdır. Diplomat Sinqapur, İndoneziya və Filippin kimi ölkələrin təhsil ocaqları ilə BSU arasında əlaqələrin qurulmasının, bu ölkələrdə fəaliyyət göstərən universitetlərdə Azərbaycan dili və Mədəniyyəti mərkəzlərinin yaradılmasının ölkələrarası əlaqələrin möhkəmlənməsinə, xalqımızın tarixinin, mədəniyyətinin tanınmasında mühüm rol oynayacağına inandığını söyləmiş, bu istiqamətdə ciddi addımların atılacağına əminliyini ifadə etmişdir.

Sonda T.Qarayev müəllim və tələbələrin suallarını cavablandırmış, BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov