Dekabrın 6-da "Gəncəli Plaza" otelində "Məşğulluq və
peşə təhsili sahəsində ehtiyaclar və imkanlar"
mövzusunda məşğulluq forumu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin
nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda
Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində görülmüş
işləri müzakirə etmək və perspektiv fəaliyyət
imkanlarını müəyyənləşdirməkdən ibarətdir.
Qeyd edək ki, hökumətlərarası razılaşmaya uyğun olaraq,
Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq
və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin 2008-ci ildən etibarən
reallaşdırdığı proqram Azərbaycanda iqtisadi inkişaf
proseslərinin planlaşdırılmasına və icrasının
yaxşılaşdırılmasına xidmət edir. Dörd komponentdən
ibarət olan bu proqramın bir komponenti Azərbaycanda
ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsinə dair
tədbirlər planının həyata keçirilməsini nəzərdə tutur. |