Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib

 

Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edib.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin İnternetlə təminatı, müxtəlif səbəblərdən  təhsildən kənarda qalmış  məktəbyaşlı  uşaqların  təhsilinin davam  etdirilməsi,  təhsil  sənədlərinin  tanınması,  təhsil  müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma,  ali  və  orta  ixtisas  məktəbləri  tələbələrinin  bir  təhsil  müəssisəsindən  digərinə  köçürülməsi,  təhsil  formasının  dəyişdirilməsi,  bərpası,  təhsil  haqqı,  xaricdə  təhsil,  xüsusi  təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış  Azərbaycan Beynəlxalq  Universitetində  yarımçıq  qalmış  təhsil,  ümumi  təhsil  məktəblərinin  və  ali  təhsil  müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə  əlaqədar  müraciət  ediblər.

114 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov