Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması həyati zərurətə çevrilmişdir.

Qeyd olunan istiqamətdə qarşıda duran vəzifələrin həyata keçirilməsinə etibarlı dəstəyin və zəruri əlaqələndirmənin təmin olunması məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini  rəhbər tutaraq 

ƏMR EDİRƏM:

1. Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:un rəhbəri:

Hüseyn Əliyev - Azərbaycan Respublikası təhsil nazirinin müşaviri

 Afət Süleymanova - Məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi;

İradə Mirzəhmədova - İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun baş məsləhətçisi;

Məmmədəli Kəsəmənli - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini;

Vasif Məmmədov - "Vətən" Respublika İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər futbol məktəbinin direktoru.

2. İşçi qrupuna tapşırılsın ki, aidiyyəti qeyri-hökumət təşkilatları ilə birlikdə:

* təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizmini və tətbiqinə dair təklifləri işləyib hazırlasın;

* təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən halları araşdırsın və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını, "Azərbaycan müəllimi" qəzetində və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
11 dekabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov