Ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü
tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan
sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil
etmək, tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan
qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir
şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını
təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün
imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına
şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara,
neqativ hallara yol vermiş şəxslər barədə mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil
müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə
məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və
nəticələri barədə sessiya bitdikdən sonra 10 gün
müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. Təhsil nazirinin müşavirləri (İ.Pirməmmədov və
E.Hüseynov), Aparat rəhbərinin müavini (M.Eynullayev),
Elm, ali və orta ixtisas təhsili (G.Hüseynova) və Daxili
nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya
müddətində təhsil müəssisələrində baş vermiş neqativ
hallarla bağlı daxil olan məlumatları operativ
araşdırsınlar və onların yol verilməsində günahı olan
şəxslər barədə tədbir görmək üçün təkliflər
hazırlasınlar;
- ali və orta ixtisas təhsili müəssisələrində payız
semestrinin imtahan sessiyalarının nəticələrini təhlil
edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
3. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT
və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti və
imtahan sessiyasının gedişi barədə kütləvi informasiya
vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin
etsin.
4. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin və
nazirliyin internet saytında yerləşdirilsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
11 dekabr 2013-cü il |